Ağakərimin səhhətindən danışdı "Ümid yeri qalmayıb"
Şou-biznes 03 Haz 2025 18:23:00 93 0
Meyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkarı Ağakərimin (Kərim Novruzov) səhhəti ilə bağlı açıqlama verib.
Bu haberi de oku: Tolikin uşağının anası görün kimdir? özü açıqladı
Son.az-ın məlumatına görə, bu barədə meyxanaçı "Afaqla 10lar" verilişinə müsahibəsində danışıb.
"Kərim uzanıb qalıb. Otura, dura, gəzə, demək olar danışa bilmir, yaxşı başa düşmür. Ümid ancaq Allahadır. Ümid yeri qalmayıb. 10-15 dəfə deyirəm, "Kərim, salam. Ağamirzədir". Ondan sonra başı ilə işarə edir ki, bildim. Bizim söhbətimiz bununla da qurtardı. Allah bütün xəstələrə kömək olsun. Kərim də onların içində" deyə, o, bildirib.
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib. (Axşam.az)