Raketartilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilib


Digərləri 03 Haz 2025 11:13:00 178 0

Raketartilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilib

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, plana əsasən, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub.

Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.