İsti havalarda bəzi qidalar istilik vurması riskini artırır – diyetoloqdan xəbərdarlıq


Digərləri 02 Haz 2025 04:04:00 77 0

İsti havalarda bəzi qidalar istilik vurması riskini artırır – diyetoloqdan xəbərdarlıq

Yay aylarında bəzi qida məhsullarının orqanizmə mənfi təsiri arta bilər və istilik vurması riskini yüksəldə bilər.

Son.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi və Rosbiotex Universitetinin Dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva Lenta.ru-ya açıqlamasında məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bu risk əsasən bəzi məhsulların su-duz balansını pozması və bədənin istilik tənzimləmə mexanizminə təsiri ilə bağlıdır.

Duzlu və yağlı qidalara diqqət

Lebedeva bildirib ki, duzlu qəlyanaltılar - məsələn, çipslər, qoz-fındıq, hisə verilmiş məhsullar və konservlər - orqanizmdə maye balansını pozur. Duz toxumalarda suyun qalmasına səbəb olmaqla yanaşı, susuzluğu artırır və isti havada bədənə əlavə yük yaradır.

Xüsusilə duzlu qidalarla spirtli içkilərin birlikdə qəbulu təhlükəni daha da artırır.

Bundan əlavə, yağlı və yüksək zülallı qidalar da isti havalarda təhlükəlidir. Belə qidalar orqanizm tərəfindən çətin həzm olunur və bu proses zamanı əlavə istilik yaranır ki, bu da bədəni daha çox yükləyir. Proteinlə zəngin məhsulların həddən artıq istehlakı isə çoxlu su tələb edir və bədəndə susuzluq yarada bilər.