Azərbaycanın ilk rəsmi "Gözəllik kraliçası" 29 İL SONRA: Monika Belluççi sandılar


Şou-biznes 30 May 2025 14:54:00 153 0

Azərbaycanın ilk rəsmi "Gözəllik kraliçası" 29 İL SONRA: Monika Belluççi sandılar

Sosial şəbəkələrdə yayılan video böyük maraq yaradıb.

Son.az xəbər verir ki, Nərminə Zərbəliyeva 1996-cı ildə Azərbaycanda keçirilən ilk milli gözəllik müsabiqəsi olan "Miss Bakı"nın qalibidir. 

O, bu müsabiqənin qalibi olaraq, ölkənin ilk rəsmi "Gözəllik kraliçası" kimi tarixə düşüb. 

Keçmiş model yarışmadan 29 il ötməsinə baxmayaraq, hələ də fiziki gözəlliyini qoruyub, saxlaya bilib. Zərbəliyeva əsl gözəlliyin qalıcı olduğunu hər kəsə göstərib. 

Sosial şəbəkə izləyiciləri isə onu gözəlliyi dillərə "dastan" olan, dünya şöhrətli aktrisa Monika Beluççiyə bənzədiblər.