“Kuruluş Osman”da şok ayrılıq
Şou-biznes 26 May 2025 08:08:00 112 0
"Kuruluş Osman" serialında final öncəsi gözlənilməz ayrılıq yaşanıb.
Bu haberi de oku: Baş rol aktyoru "Bahar"ı tərk edir
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Begüm Hatun obrazını canlandıran aktrisa Buçe Buse Kahraman layihəyə vida edib. Bu ayrılıq, serialı yaxından izləyən tamaşaçıları təəccübləndirib. Mövsüm tamamlanmamış baş verən bu gediş, sosial mediada da gündəm olub.
Bozdağ Filmin istehsalı olan "Kuruluş Osman" serialı 6-cı mövsümünü 194-cü bölümlə tamamlayacaq. ATV-də yayımlanan serialın 4 iyun tarixində mövsüm finalı gözlənilir.
Buçe Buse Kahramanın finaldan əvvəl ayrılması, serialdakı hadisələrin gedişatına necə təsir edəcəyi ilə bağlı böyük maraq doğurub. Tamaşaçılar serialın son bölümlərində nə olacağını həyəcanla gözləyir. Lalə Qüdrətova Son.az