Zaqatalaya dolu yağdı


Digərləri 25 May 2025 19:38:00 52 0

Zaqatalaya dolu yağdı

Zaqatalaya dolu yağıb.

Son.az-ın xəbərinə görə, axşam saat 17.00 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

Qeyri-sabit hava şəraiti rayonun Gözbarax və Yeni Suvagil kəndlərində daha çox müşahidə olunub. Yeni Suvagil kəndinə 10 dəqiqə ərazində dolu düşüb, leysan yağıb.

Yerli sakinlərin verdiyi məlumata görə, dolu meyvə ağaclarına və tərəvəz-bostan bitkilərinə ziyan vurub. Son.az