Dəhşətli hadisə: İki böyrəyindən 300dən çox daş çıxarıldı


Digərləri 25 May 2025 17:00:00 49 0

Dəhşətli hadisə: İki böyrəyindən 300dən çox daş çıxarıldı

Qars şəhərində həyata keçirilən unikal tibbi əməliyyat zamanı bir xəstənin hər iki böyrəyindən ümumilikdə 300-dən çox daş çıxarılıb. Uroloqlar bu sayda daşın bir xəstədə eyni anda rast gəlinməsini nadir hal kimi qiymətləndiriblər.

Son.az xəbər verir ki, şəhər mərkəzində yerləşən Yenişehir Məhəlləsində yaşayan avtomobil elektrik ustası Ahmet Yarba, şiddətli böyrək ağrısı ilə xəstəxanaya müraciət edib. Qars Universiteti Tibb Fakültəsi Urologiya şöbəsində çalışan Dr. Mehmet Ezer tərəfindən aparılan müayinələr nəticəsində, Yarbanın hər iki böyrəyində çoxlu sayda daş aşkarlanıb.

Əməliyyat zamanı yüzlərlə daş çıxarıldı

Cərrahiyyə müdaxiləsi zamanı fərqli ölçülərdə 300-dən çox böyrək daşı çıxarılıb. Dr. Mehmet Ezer bildirdi ki, "Adətən daşları daha iri və tək-tək görürük. Lakin bu dəfə çoxsaylı və müxtəlif ölçülü daşlarla qarşılaşdıq. Bəzilərini parçalayıb çıxardıq, digərlərini isə bir-bir toplamaq məcburiyyətində qaldıq".

Xəstə daşları "yadigar" kimi evinə apardı

Əməliyyatdan sonra böyrəyindən çıxan daşları görəndə təəccüblənən Ahmet Yarba, "Bunlar mənim yadigarım olacaq" deyərək daşları evinə apardığını söylədi. Yarba əlavə edib: "Sadəcə bir daş üçün gəlmişdim, amma bu qədər çox olduğunu bilmirdim. Allaha şükürlər olsun, sağlığıma qovuşdum".

Səbəb: su çatışmazlığı və çay istehlakı

Dr. Ezer qeyd edib ki, bu qədər daşın yaranmasında genetik meyl və düzgün olmayan qidalanma vərdişləri rol oynayıb: