Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq?
Digərləri 25 May 2025 15:38:00 55 0
Mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və materialların emalına başlanılacaq.
Son.az DİM-ə istinadən xəbər verir ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Kaynak: milli.az