İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
Siyasət 21 May 2025 21:29:00 50 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri mayın 21-də başa çatıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar. Son.az
Kaynak: milli.az