İlham Əliyev: Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir


Siyasət 21 May 2025 12:49:00 77 0

İlham Əliyev: Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb: "Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur".