ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün səy göstərəcək Marko Rubio


Siyasət 21 May 2025 22:07:00 50 0

ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün səy göstərəcək  Marko Rubio

ABŞ-nin əsas diqqəti Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına çalışmaqdır.

Son.az-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında yenidən silahlı münaqişə riski qalmaqdadır və ABŞ bunun qarşısını almaq üçün səylər göstərir.

"Orada əsl münaqişə riski var və biz bunun qarşısını almağa çalışırıq", - deyə o bildirib. Son.az