Bu peraparatın ölkəyə idxalı qadağan edilir? RƏSMİ
Digərləri 21 May 2025 11:20:00 160 0
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Vrarfarin DV-nin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara aydınlıq gətirib.
Bu haberi de oku: Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? Ekspert AÇIQLADI
Bu barədə Son.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Sosial şəbəkələrdə yayılan iddialar əsassızdır
Bildirilib ki, son zamanlar mediada və sosial şəbəkələrdə Varfarin STADA - kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan preparatın idxalında çətinliklər yarandığı və bunun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən qaynaqlandığı, guya AEM-in bu DV-nin idxalına qadağa qoyması barədə iddialar səsləndirilir:
"Qeyd edilməlidir ki, Səhiyyə Nazirliyi və onun qurumları dərman idxalı ilə məşğul deyillər. Ölkəyə dərman vasitələrini özəl şirkətlər idxal edir.
Varfarinlə bağlı müraciətə qanuna əsasən cavab verilib
Konkret Varfarinə gəldikdə isə, bildiririk ki, bu iddialar əsassızdır. "Stada Azerbaycan" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Analitik Ekspertiza Mərkəzinə 11 fevral tarixində göndərilən müraciətə baxılmış və onlara yararlılıq müddəti 5 il olan varfarin dərman vasitəsinin idxalına icazə verilməməsinin səbəbi mart ayında verilən cavabda geniş izah edilib.
Dövlət qeydiyyatı bitmiş dərmanların idxalına icazə verilmir
Bildirilib ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun 9-1.16.2. bəndinə əsasən idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir.