“O gənclərin həyatını qaraldan sizsiniz”
Siyasət 09 Apr 2025 15:10:00 375 0
Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-də keçirilən iclasında CHP rəhbərliyini sərt tənqid edərək onların çağırışlarının xalq tərəfindən rədd edildiyini bildirib.
Bu xəbəri də oxu: Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir
Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan deyib ki, xalq öz dövlətinə və millətinə qarşı çıxan, səriştəsiz və iddialı şəxslərin boykot çağırışlarına məhəl qoymadı. Onun sözlərinə görə, boykot çağırışları edənlər əksinə, xalqdan boykot gördülər. "Ssenarini yazan da, mafiyaya oxşar nizam quran da, şikayət edən də, prokurorların qapısında növbəyə duran da onlardır, amma sonda hər şeydən qurtulan da yenə onlardır," - deyə Ərdoğan bildirib. O əlavə edib ki, CHP-nin daxili qarşıdurmaları xalqı maraqlandırmır və yaşananların səbəbi partiya rəhbərliyinin təkəbbürü və öz aralarındakı hakimiyyət savaşlarıdır.
Ərdoğan bildirib ki, gəncləri polisə qarşı çıxaran və onların həyatı ilə oynayan da CHP-dir. Onun fikrincə partiya bu gənclərin qanı üzərindən siyasi qazanc əldə etməyə çalışıb: "Bu ölkənin gənclərini qurban verdiniz, sonra isə başqalarını günahlandırdınız. Həm onların adını istismar etdiniz, həm də öz məqsədləriniz üçün istifadə etdiniz. Buna daha imkan verməyəcəyik", - Ərdoğan deyib.
O, CHP-nin çağırışlarının ictimaiyyət tərəfindən rədd edildiyini, partiyanın dəstək gözlədiyi xarici dairələrin də artıq onlardan uzaqlaşdığını qeyd edib. Ərdoğan çıxışının davamında CHP-ni "çevriliş ruhlu" partiya adlandırıb və keçmiş rəhbərləri İsmet İnönünü tənqid edərək onun və partiyanın tarixi boyunca həm korrupsiya, həm də hərbi çevrilişlərlə anıldığını bildirib. "CHP təkcə korrupsiyanın deyil, çevrilişin də kitabını yazıb," - deyə o vurğulayıb.
İslam Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Instagram"
 Ətraflı
 Ətraflı
                                                ABŞ-ın Texas ştatında yerləşən Colossal Biosciences şirkəti elmi aləmd
 Ətraflı
 Ətraflı
                                                Bu gün bürcün bir əlaməti əsl sürpriz alacaq: vəhşi enerji artımı, v�
 Ətraflı
 Ətraflı
                                                Teleaparıcı Mətanət Əliverdiyeva verilişnə gələn qonaqlara xəbərdarl
 Ətraflı
 Ətraflı
                                                Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-dəki iclasda
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş
 Ətraflı
 Ətraflı
                                                Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, Azərbay
 Ətraflı
 Ətraflı
                                                Son dövrlərdə Azərbaycanda avtomobil almaq ciddi bir problemə çevrilib. Ba
 Ətraflı
 Ətraflı
                                                Teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkələrdə gündəm olub.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilat�
 Ətraflı
 Ətraflı
                                                Aktyor Murad İsmayıl keçmiş xanımı haqda sualları cavablayıb.
 Ətraflı
 Ətraflı
                                                Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, an
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            