Leyla Əliyeva “Hirkan” sənədli filminin təqdimatında iştirak edib
Siyasət 30 Okt 2025 00:55:00 104 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimat mərasimində iştirak edib.
Bu xəbəri də oxu: Favelalar planeti: Qanunun bitdiyi, xaosun başladığı yer
Son.az xəbər verir ki, təqdimat oktyabrın 29-da Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində keçirilib. Film IDEA İctimai Birliyinin "Azərbaycanın 12 möcüzəsi" adlı xüsusi layihəsi çərçivəsində hazırlanan növbəti ekran işidir və Azərbaycanın təbiət incilərindən biri olan Hirkan Milli Parkına həsr olunub.
"Hirkan" sənədli filmi ölkəmizin nadir flora və faunasına malik bu təbiət guşəsinin unikal ekosistemini və onun qorunması istiqamətində həyata keçirilən fəaliyyətləri özündə ehtiva edir. Filminin rejissoru İqor Bışnyovdur.
Layihənin təşəbbüskarı olan Leyla Əliyevanın rəhbərliyi ilə bu günədək ümumilikdə səkkiz sənədli film hazırlanıb. Bu filmlər sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanaraq ölkəmizin zəngin təbiətinin təbliğinə mühüm töhfə verib.
Qeyd edək ki, "Azərbaycanın 12 möcüzəsi" adlanan layihə çərçivəsində əhatə olunan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əks etdirir. Bunlara Ağgöl, Şirvan, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur-Yalama, Qızılağac, Axar-Baxar, İlisu və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkları daxildir. Sözügedən parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Almaniyada "qayda və nizam" anlayışı o qədər önəmlidir ki, yay
Polis və təhlükəsizlik mütəxəssisləri ev sahiblərini yeni yayılan oğu
Demək olar ki, hər evdə olan, amma çox tez boyatlayan çörəklər üçün m
Xalq şairi Sabir Rüstəmxanlı qızı Aydan Rüstəmxanlı ilə müğənni El�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Müğənni Şəbnəm Tovuzlu yeni avtomobil və villa alıb.
Ukrayna ordusunda xidmət edən polkovnik sosial şəbəkədə paylaşdığı fo
Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.
ABŞ Mərkəzi Bankı (FED) iki gün davam edən iclasdan sonra gözlənilən fa
Tanınmış meyxanaçı Rəşad Dağlı dərialtı iltihabına görə əməliyya
Son günlər ölkə gündəmini zəbt edən, əri tərəfindən şiddət göstə
Bir neçə gün əvvəl həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən sosia
Sabah saat 09:30-dan etibarən Səbail, Binəqədi, Nizami və Suraxanı rayonla
Cəlilabad Bələdiyyələrin Əlaqələndirmə Şurasının və rayonun Üçtə
Paris Sülh Forumu çərçivəsində baş tutan "COP29-dan COP30-a: Qlobal
