Güclü qasırğa gəlir Ərdoğandan "iqtisadi böhran" şərhi
Siyasət 09 Apr 2025 14:40:00 372 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-dəki iclasda gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
Bu xəbəri də oxu: Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir
Son.az xəbər verir ki, ABŞ-nin idxal rüsumlarını artırmasını şərh edən Ərdoğan yeni mübarizə dövrünün başladığını deyib. O bildirib ki, beynəlxalq siyasətdə bütün oyunçular yeni axtarışlara çıxıb və ticarət müharibələrinin təsiri açıq şəkildə hiss olunmağa başlayıb. Ərdoğanın sözlərinə görə "böyük-kiçik demədən hər kəsi təsir altına alacaq bir qasırğa gəlir demək mübaliğə olmaz."
Ərdoğan qeyd edib ki, köhnə qlobal sistemin bünövrəsi sarsılır və dövlətlər hər yerdə cəmiyyət və iqtisadiyyatı gücləndirmək üçün tədbirlər görür. O vurğulayıb ki, Türkiyə bu yeni dövrə hazırlaşan və onu ən yaxşı anlayan ölkələrdən biridir.
Ərdoğanın sözlərinə görə Türkiyə artıq müxtəlif beynəlxalq platformalarda daha çox ön plana çıxır və Türkiyəsiz heç bir qlobal hesab qurulması mümkün deyil. O, ölkəsinin son 23 ildə qurduğu infrastrukturla bu yeni dövrə damğa vurduğunu bildirib.
Son bir həftədə beynəlxalq ticarət müharibələrinin yeni mərhələyə keçdiyini deyən Ərdoğan gömrük tarifləri ilə bağlı qarşıdurmaların qızışdığını və kapital bazarlarında hələ də dalğalanmaların davam etdiyini vurğulayıb. Ərdoğan bildirib ki, bu proses inflyasiyanın yüksəlməsinə, bazarlarda etimadın azalmasına və əmtəə qiymətlərində dalğalanmalara səbəb ola bilər.
Bəxtiyar Umarlı Son.az
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş
 Ətraflı
 Ətraflı
                                                Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, Azərbay
 Ətraflı
 Ətraflı
                                                Son dövrlərdə Azərbaycanda avtomobil almaq ciddi bir problemə çevrilib. Ba
 Ətraflı
 Ətraflı
                                                Teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkələrdə gündəm olub.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilat�
 Ətraflı
 Ətraflı
                                                Aktyor Murad İsmayıl keçmiş xanımı haqda sualları cavablayıb.
 Ətraflı
 Ətraflı
                                                Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, an
 Ətraflı
 Ətraflı
                                                Prezident Trampın atdığı addımlar çox perspektivlidir, lakin bu, son deyil
 Ətraflı
 Ətraflı
                                                Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən n�
 Ətraflı
 Ətraflı
                                                Aprel və may aylarında bir neçə bürcün şəxsi həyatlarında harmoniya ta
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ö
 Ətraflı
 Ətraflı
                                                Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu,
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            