Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Digərləri 28 Mar 2025 19:09:00 422 0
Müdafiə naziri Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Bu xəbəri də oxu: Gənc oğlan idman zalında öldü
Son.az xəbər verir ki, təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram.
İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, xeyirxahlıq və humanizm duyğularının təntənəsini özündə təcəssüm etdirir.
Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz yüksək tutulub, adət və ənənələrimizin qorunub saxlanması reallığa çevrilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, atılan qətiyyətli addımlar sayəsində, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan çoxlu sayda böyük layihələr nəticəsində dövlətimizin iqtisadi dayaqları möhkəmlənib, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği həyata keçirilib, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb, dəyərlərimizin dünyada daha yaxından tanınması təmin olunub.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
 Ətraflı
 Ətraflı
                                                Çində altı yaşlı uşaq ağzında sorma konfetlə yıxılıb və nəticədə
 Ətraflı
 Ətraflı
                                                Anları elə dəqiqliklə ölçə bilən bir cihaz təsəvvür edin ki, hətta K
 Ətraflı
 Ətraflı
                                                Ratqers Universitetinin tədqiqatçıları aşkar ediblər ki, səhv yerləşən
 Ətraflı
 Ətraflı
                                                Maria Şrayver, 69 yaşında, yeni "Mən - Maria" adlı memuarlarında
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin yerli istehsalı olan "Bayraktar TB-3" pilotsuz uçuş ap
 Ətraflı
 Ətraflı
                                                Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 90 çarpayılıqdır və 6 korpusdan ibar
 Ətraflı
 Ətraflı
                                                Avropa liderləri Ukraynada hərbçilərin yerləşdirilməsi ilə bağlı razı
 Ətraflı
 Ətraflı
                                                Son zamanlar internetdə fırıldaqçılar aktivləşib. Elə hallar olur ki, z�
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Tailandda baş verən 7,7 bal gücündə zəlzələdən
 Ətraflı
 Ətraflı
                                                Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Put
 Ətraflı
 Ətraflı
                                                Yaz aylarında avtomobilin qış təkərlərini yay təkərləri ilə dəyişmə
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 %, 2026-c�
 Ətraflı
 Ətraflı
                                                Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları g�
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            