Sənədsiz evlər probleminin həlli niyə gecikir?
Digərləri 28 Mar 2025 14:00:00 370 0
Azərbaycanda sənədsiz evlər məsələsi hələ də açıq qalmaqdadır. Dəfələrlə, bu məsələ ilə bağlı çıxışlar edilib. Hətta parlamentdə də bu məsələyə toxunulub. Lakin məsələ hələ də öz həllini tapmır.
Bir müddət əvvəl məlumat verilib ki, mövcud problemləri həll etmək və əmlak bazarını daha şəffaf etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemini istifadəyə verməyə hazırlaşır. Bu sistem, mülkiyyət hüquqlarının qorunması və əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə hazırlanır. Ancaq sistemin nə vaxt istifadəyə veriləcəyi məlum deyil.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması üzrə konsepsiya hazırlanır:
"Sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir. Bu məsələ Milli Məclisə Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı hesabat təqdim olunan zamanda müzakirə olundu. Millət vəkilləri tərəfindən təkliflər də səsləndirildi. Bir müddət əvvəl bütövlükdə bu istiqamətdə konsepsiyasının hazırlanmasına başlanmışdı. Konsepsiyanın hazırlanmasında məqsəd sənədsiz evlərin qeydiyyata alınma prosesi ilə bağlı mexanizm və qaydaların hazırlanmasıdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə işlər təbii ki, davam etdirilir. Bütövlükdə mexanizmlərin hazırlanması təkliflərin sistemləşdirilməsi ilə bağlı da fəaliyyətlər aparılır".
Xəbərə aid video
Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscid uçub.
 Ətraflı
 Ətraflı
                                                Banqkokda fövqəladə vəziyyət elan edilib.
 Ətraflı
 Ətraflı
                                                Rusiyalı müğənni Lolita Milyavskaya qanunvericilərdən türk seriallarını
 Ətraflı
 Ətraflı
                                                İtaliyanın baş naziri Corciya Meloni ölkəsinin ABŞ və Avropa arasında se
 Ətraflı
 Ətraflı
                                                Tacikistan, Türkmənisan və Özbəkistanın Xarici işlər nazirləri, həmçi
 Ətraflı
 Ətraflı
                                                Yasamal rayonu, Həsən Məcidov küçəsi 12 ünvanında yerləşən məşhur &
 Ətraflı
 Ətraflı
                                                Müğənni Əbdül Xalid uzun müddət depressiyadan əziyyət çəkdiyini deyib
 Ətraflı
 Ətraflı
                                                Tailandın paytaxtı Banqkokda tikilməkdə olan 30 mərtəbəli bina uçub, nə
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin Diyarbəkir şəhərinin Bismil rayonunda ağır yol qəzası qeyd�
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan "Avroviziya 2025"in birinci yarımfinalında 10 nömrə il
 Ətraflı
 Ətraflı
                                                Cəlilabadda yol qəzasında yaralanan qadın ölüb.
 Ətraflı
 Ətraflı
                                                Son aylarda Çeçenistan lideri Ramzan Kadırovla Kreml və onun lideri Vladimir
 Ətraflı
 Ətraflı
                                                Astroloqların şərhinə görə, 4 bürc hərəkətləri ilə başqalarını yo
 Ətraflı
 Ətraflı
                                                Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür P
 Ətraflı
 Ətraflı
                                                Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            