Meloni Trampı müdafiə etdi və onu İtaliyanın "birinci müttəfiqi" adlandırdı
Dünya 28 Mar 2025 13:26:00 475 0
İtaliyanın baş naziri Corciya Meloni ölkəsinin ABŞ və Avropa arasında seçim etməli olduğu fikrini rədd edib və ABŞ prezidenti Donald Trampı düşmən kimi görmədiyini, İtaliyanın "birinci müttəfiqi" kimi hörmət etməyə davam edəcəyini bildirib. Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, "Financial Times"a müsahibəsində Meloni bəzi Avropa liderlərinin Donald Trampa reaksiyasını "həddindən artıq siyasi" adlandırıb.
Bu xəbəri də oxu: Ermənistan bu ölkədən 12 qırıcı təyyarə alır
"Mən mühafizəkaram. Tramp respublikaçı liderdir. Təbii ki, mən ona bir çox başqalarına nisbətən daha yaxınam, lakin milli maraqlarını müdafiə edən lideri anlayıram", deyə Meloni bildirib.
Onun sözlərinə görə, Trampın Avropa müdafiəsinə qarşı "konfrantasiyaya meyilli" yanaşması qitənin öz təhlükəsizliyi üçün məsuliyyəti üzərinə götürməsi baxımından çox vacib bir "təşviq" ola bilər.
"Mən bunu deməyi xoşlayıram: hər bir böhran özündə imkanlar da daşıyır", deyə o əlavə edib.
Avropada bir çoxları Trampın Ukraynanı əlverişsiz sülh razılaşmasına məcbur etməyə hazırlaşacağından ehtiyat etsə də, Meloni onun səylərinə inandığını bildirib. Lakin eyni zamanda, Rusiyanın gələcəkdə müharibəyə yenidən başlamaması üçün etibarlı təminatların vacibliyini vurğulayıb.
Bununla belə, o, Fransa və Böyük Britaniyanın Ukrayna üçün nəzərdə tutduğu Avropa "təminat qüvvələri" təklifinə skeptik yanaşır. Meloninin fikrincə, bu təklif Moskva tərəfindən təxribat kimi qəbul edilə bilər.
"Burada ehtiyatlı olmalıyıq. Bu, daha çox bir təhdid kimi görünə bilər", deyə o qeyd edib.
Bunun əvəzinə, Meloni NATO-nun 5-ci maddəsinin - qarşılıqlı müdafiə prinsipinin - Ukraynaya da şamil edilməsini dəstəkləyir. Onun sözlərinə görə, bu yanaşma Kiyevin alyansa tam üzv qəbul olunmasından daha "sadə və effektiv" olardı.
Tacikistan, Türkmənisan və Özbəkistanın Xarici işlər nazirləri, həmçi
 Ətraflı
 Ətraflı
                                                Yasamal rayonu, Həsən Məcidov küçəsi 12 ünvanında yerləşən məşhur &
 Ətraflı
 Ətraflı
                                                Müğənni Əbdül Xalid uzun müddət depressiyadan əziyyət çəkdiyini deyib
 Ətraflı
 Ətraflı
                                                Tailandın paytaxtı Banqkokda tikilməkdə olan 30 mərtəbəli bina uçub, nə
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin Diyarbəkir şəhərinin Bismil rayonunda ağır yol qəzası qeyd�
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan "Avroviziya 2025"in birinci yarımfinalında 10 nömrə il
 Ətraflı
 Ətraflı
                                                Cəlilabadda yol qəzasında yaralanan qadın ölüb.
 Ətraflı
 Ətraflı
                                                Son aylarda Çeçenistan lideri Ramzan Kadırovla Kreml və onun lideri Vladimir
 Ətraflı
 Ətraflı
                                                Astroloqların şərhinə görə, 4 bürc hərəkətləri ilə başqalarını yo
 Ətraflı
 Ətraflı
                                                Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür P
 Ətraflı
 Ətraflı
                                                Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
 Ətraflı
 Ətraflı
                                                Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda eşşəklərin sayında azalma davam edir.
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın paytaxtı Moskvada insanların kütləvi toplaşdığı məkanlarda p
 Ətraflı
 Ətraflı
                                                "Melissa Group"un rəsmi internet səhifəsinin fəaliyyətində də p
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            