Bu qış Ukrayna üçün fəlakət ola bilər
Dünya 30 Okt 2025 11:34:00 79 0
Enerji sistemi çökərsə, qarşıdan gələn qış Ukrayna üçün fəlakətli ola bilər.
Bu xəbəri də oxu: Tokayevin sabiq müşaviri öldürüldü
Milli.az xəbər verir ki, bu barədə ukrayna rəsmilərindən biri deyib.
O bildirib ki, Ukraynanın qaz infrastrukturunun 55-60%-i artıq ciddi ziyan görüb:
"Qarşıdan gələn qış ən çətin qış olacaq".
Ukrayna rəsmiləri və Qərb müttəfiqləri xəbərdarlıq ediblər ki, qarşıdakı qış mövsümü müharibənin gedişatında həlledici rol oynayacaq.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful da qış fəslinin Ukrayna üçün həlledici olacağını söyləmişdi.
NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra verdiyi açıqlamada bildirib ki, Qərb ölkələri qışdan əvvəl Ukraynanın müdafiə qabiliyyətini qorumaq üçün bütün imkanlarını səfərbər etməlidir. "Bu qış dövrü həlledicidir. Ukrayna özünü müdafiə etmək gücünü qorumalıdır," - deyə o bildirib.
Açıqlamalar Rusiyanın Ukraynanın enerji infrastrukturuna qışdan əvvəl genişmiqyaslı hücumlar həyata keçirə biləcəyi barədə artan narahatlıqlar fonunda səslənib. Qərb analitikləri belə hücumların Ukraynanın enerji sisteminə ciddi zərbə vuracağı və əhalinin vəziyyətini çətinləşdirəcəyi barədə xəbərdarlıq edirlər.
Ekspertlər hesab edirlər ki, qarşıdan gələn qış həm döyüş meydanında, həm də diplomatik cəbhədə müharibənin istiqamətini müəyyənləşdirə bilər.
Fidan Son.az
Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni b
ABŞ ordusu narkotik kartellərinə qarşı növbəti genişmiqyaslı əməliyya
Balakən Rayon İcra Hakimiyyətində əməliyyat aparılır.
Azərbaycan maliyyə sistemindəki paradoks ondan ibarətdir ki, dövlət və ö
Amerikalı şirkət gündəlik işləri görən humanoid robot təqdim edib.
Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.
Paytaxtda bəzi sərnişinlər və avtobus sürücüləri arasında heç cür ra
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikas�
Azərbaycan Mərkəzi Bankı "Prior Credit BOKT" ASC-nin vəzifəli ş
Başqırdıstanda İqor Kridin "Xalq artisti" adının alınması təl
Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan
Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda "Bakıya Uçuş. İncəsənə
Bakıda fəaliyyət göstərən "German Hospital" yaxın günlərdə f
Qazaxıstanda tanınmış dövlət xadimi, Prezident Qasım-Jomart Tokayevin sab
