Səssiz gurultunun gumbultusu Yunus Oğuz yazır


Digərləri 31 Okt 2025 15:01:00 75 0

Səssiz gurultunun gumbultusu  Yunus Oğuz yazır

Yunus Oğuz 

Felyeton

Gurultu təbiət hadisəsidir. İldırım çaxır, qocaman bir palıd ağacını gurultu ilə ikiyə bölür. Bölünmüş ağac da səs-küylə, yəni gumbultu ilə yerə düşür. Yerə düşən əşya, yaxud insan həmişə gumbultu salır. 

O gün yağış yağırdı, qəşəng də yağırdı, amma gurultusu yox idi. Hiss edirdin ki, hardasa şimşək çaxır, ancaq səsi gəlib bizə çatmır, yaxud gec gəlib çatır.

Nəsrəddin Tusi xaşxaşilərin Ələmut qalasında iyirmi il həbsxanada oturmuşdu. Dövrünə görə, bu qalanın kitabxanası dünyanın ən zəngin  kitabxanalarından  biri idi. Tusi də buradakı kitabların hamısını oxuyub aqilləşmişdi. Hülaki xan Ələmutu darmadağın edəndə onu da həbsdən azad edir. Tusi ilə  söhbətdən sonra, xan başa düşür ki, belə aqildən, hər şeyi biləndən uzaq durmaq lazım deyil, onu özünə vəzir götürür. Bir gün xanın keyfi dağların üstündə qəzəndə, o vəzirindən soruşur:

-Ürəyin nə istəyir, söylə həyata keçirim. Nəsrəddin cavab verir: -Ürəyim heç nə istəmir, amma əqlim deyir ki, bir rəsədxana açmaq lazımdır.

Hülaki sual verir: -Rəsədxana nə deməkdir? -Ulduzları müşahidə edəcəyik.

-Bəs, bu dövlətimə nə verəcək? Tusi ona başa salır:

-    Həşəmətli xan, göylərdən gələn bəlaları   öncədən biləcək, ona uyğun tədbirlərimizi görəcəyik. Biləcəyik bizi hansı təhlükələr gözləyir.

Xanın ağlına heç nə batmır, o zaman vəzir deyir:

-Xan  sağ olsun, ordugahımız dağın ətəyində düşərgə salıb. Əmr verin ki, çox böyük bir qazan hazırlasınlar, içinə bir neçə daş atıb, qoysunlar dağın başına, ancaq bunu heç kim bilməsin.

Hülakini maraq götürür. Əmr verir ki, qazanı düzəltsinlər. Deyilənlər hazır olandan sonra xan ilə vəzir çıxır dağın başına. Tusi göstəriş verir ki, qazanın  ağzını bərk-bərk bağlayıb yuvarlasınlar üzü aşağı. Elə də edirlər. Qazan içində bir neçə daşla üzü aşağı düşdükcə bir səs-küy, gumbultu salır ki, ordugahda olanlar həyəcanlanırlar, elə bilirlər ki, yuxarı tərəfdən kimsə bunlara hücum edib. 

Ordu döyüş vəziyyətinə gətirilir.

Nəsrəddin Tusi xana deyir:

-Xan sağ  olsun, gördünmü, ordu yuxarıdan nəyin gəldiyini bilmədiyi üçün döyüş vəziyyəti  aldı. Əgər bilsəydilər, belə təşvişə düşməzdilər. 

Bundan sonra Hülaki xan rəsədxananın tikilməsi üçün vəsait ayırır.

Bu məsəli niyə çəkdim?  Uzun müddətdir şeytanın Dəccalı səssiz işləyib gurultu yaratmaq istəyirdi, ancaq gumbultu ilə özü yerə düşdü. Düşdüyü yerdə də krater, yəni böyük bir çala yaratdı. İndi o çalaya bir-bir adamları yığırlar. Hələlik ortalığa əlli nəfəri buraxıblar. Çalada hamı bir-birinin üzünə durur, Dəccalın bu xəyanətinin miqyasını  guya bilmirdilər.

Bəs, bu səssiz gurultunun gumbultusunu necə salacaqdılar?

Kecən il vurulan təyyarəmizlə eyni vaxtda (belə ehtimal edilir) prezidentin təyyarəsi də uçurdu. Təyyarə vurulacaq, sonra gumbultunun sədasında Dövlət Şurası yaradılacaqdı. Rusiyaya nifrət, şuraya məhəbbət yaranacaqdı.

Yadıma bir lətifə düşdü. Ahıl bir kişi öləndə arvadını yanına çağırıb deyir:     

-Ta ölürəm, heç olmasa boynuna al ki, mənə nə qədər xəyanət etmisən.

Arvad cavab verir:

-Pah, birdən ölmədin, onda necə olsun?

İndi səssiz gurultu, yəni xəyanət baş tutmadıqda hamı düşüb onun üstünə. O da yaxasını çəkib qırağa, deyir elə etməyin ki, açım sandığı, töküm pambığı. Gözünə döndüyüm qara maskalılar da çevriliblər qartala. Göydə süzür, çaladan çıxmağa çalışan əfi ilanları bir-bir ovlayır, zərərsizləşdirirlər. 

Bu səssiz gurultunun səssiz musiqisinin sədası altında paslı kilidlər açılır. Bu kilidlərin arxasında görünən qapı cırıltı ilə açıldıqca ortalığa daha böyük xəyanətlər çıxır. Xəyanətin ortasında isə dövlətə, millətə, prezidentə böyük bir Nifrət dayanır. İnanmırsınız, birini deyim.

Qırx dörd günlük müharibə zamanı AMEA-dan bir xəbər gəldi: "Elmlər Akademiyası əsgərlər üçün mələfə tədarük edib".

Budur, görün bunlar dövlətimizi necə ələ salırdılar?!  Başqa ölkələrin institutları ölkələri üçün böyük işlər görür, yeni silah yaratmaq üçün eksperimentlər aparırlar.  Bunlar isə mələfə göndərirlər. Ə, get atını başqa cığırda sür!  Əsgər səngərdə mələfəni neyləyirdi, məgər o yatırdı? Bax, nifrət budur. Heç, o Dəccal azad olunan torpaqlara  bir dəfə də getmədi. Niyə də getsin? 

Qohumlarının əlindən işğal edilmiş torpaqları mələfə göndərmək istədiyi əsgərlər azad etmişdi. Nifrətin sonu isə qisas olur. 

Bax, beləcə gurultunun əvəzinə guppultu yarandı, özü də nə guppultu. İndi hamı həyəcan, təşviş içindədir. Dəccalla əlaqədə olanlar daha yatmırlar, səhəri diri gözlə açırlar. O kinoda deyildiyi kimi "İndi gələr, bu saat gələr".

Bir gün şeytan balasına insanları göstərib deyir:

-Kimlə istəyirsən əylən, qılığlna gir, yoldan çıxart, təkcə bu insanlardan başqa.

Balası soruşur:

-Niyə?

-Ona görə ki, bu insanlar dünyada nə qədər pis, əclaflıq, mərdimazarlıq, xəyanət, acgözlük var edəcəklər. Sonra da hamının üzünə duracaq, bütün bu əməlləri bizim boynumuza qoyacaqlar. Bunların xisləti belədir, mənim balam!

O gün Bakının baş biləni tə sərrüfat iclası keçirib gurultulu çıxış edib, siyasətdən danışıb.Deyib  ki, etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə tamamilə qəbuledilməzdir.

Görün ha, gimbultulu maddələr qoyulub adamın boynuna (vətənə xəyanət, dövlət çevrilişi, korrupsiya), bu da etik normadan danışır.

Yadıma yenə bir lətifə düşdü:

Birini soymaq istəyirlər. Darta-darta gölün qırağına gətirib, başını suya soxub soruşurlar:

-Dollar var?

-Nəfəslik verən kimi kişi cavab verir:

-Yox.

-Avro var? -Yox.

-Manat var?

-Yox.

Kişi axırda bezib deyir:

-A kişilər, siz başımı, ya daha dərinə salın, ya da suda daha çox saxlayın, mən orda heç nə görmürəm. Gördü, sən demə, hələlik üç milyonu görüb qaytarıb. Hələ ortalığa nələr çıxacaq, nələr...

Xəyanətin anatomiyası budur. Həm dövlətini, rəhbərini satır, həm də suyun altında varidat yığır, bir yandan da səni əzir, insanları dövlətdən narazı salır.

Bu gumbultu nə olan şeydir ki, hamı ondan diksinir, hamı ondan ehtiyat edir. 

Bu da son. Elə bilirdilər gumbultu ilə hörmət, nüfuz qazanacaqlar. Pis vəziyyətə düşəndə də aradan sivişib çıxacaqlar.

Amma, elə deyil.

Bir kişi evdə oturub televizora baxır.

Yarım saaatdan sonra durur evdə divanın, stolun, televizorun  altına baxır, nə isə axtarır. Arvadı gəlib soruşur: -    A, kişi nə axtarırsan?

Kişi deyir: 

-Arvad, bizim evdə kamera var.

-A kişi, ola bilməz!

Kişi cavab verir:

-Yox, yüz faiz var, əgər kamera olmasaydı, aparıcı niyə hər beş dəqiqədən bir deyir, siz AzTV-yə baxırsınız? O nə bilir ki, mən AzTV-yə baxıram?

Biz də baxırıq. Deyəsən çox yazdım. Nə isə ya zəlzələdən, ya vəlvələdən bu səssiz gurultunun gumbultu səsi acı bağırsaq kimi hələ çox uzanacaq. Ildırım səssiz guruldayacaq, şimşək çaxacaq, qara paltarlılar şimşəyin işığında yel kimi görsənib kimlərisə uzaqlara aparacaq. 31.10.25

Sevgi qapılarınızı döyür  Noyabrda eşqi tapacaq 4 BÜRC like
  • 31 Okt 15:00  
Digərləri Sevgi qapılarınızı döyür Noyabrda eşqi tapacaq 4 BÜRC

Noyabr ayı duyğuların canlandığı, ürəklərin bir az daha sürətli döy�

arrow Ətraflı
Salyanda pulu itən müəllim şagirdin pulqabısını yoxladığı üçün cəzalandırıldı like
  • 31 Okt 14:55  
Digərləri Salyanda pulu itən müəllim şagirdin pulqabısını yoxladığı üçün cəzalandırıldı

Salyanda məktəblərin birində pulu itən müəllimin şagirdin çantasını y

arrow Ətraflı
Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı like
  • 31 Okt 14:50  
Digərləri Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı

Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətən

arrow Ətraflı
Türkiyədə illər sonra çarəsiz xəstəlik aşkarlandı  İki nəfər yoluxub like
  • 31 Okt 14:43  
Dünya Türkiyədə illər sonra çarəsiz xəstəlik aşkarlandı İki nəfər yoluxub

Türkiyədə illər sonra ilk dəfə "dəli dana" xəstəliyinə (BSE

arrow Ətraflı
Ermənistan bu ölkədən 12 qırıcı təyyarə alır like
  • 31 Okt 14:40  
Dünya Ermənistan bu ölkədən 12 qırıcı təyyarə alır

Ermənistan Hindistandan 12 Su-30MKI tipli qırıcı təyyarə almağa hazırla�

arrow Ətraflı
Nəfəsin canlı ifası tənqid olundu like
  • 31 Okt 14:30  
Şou-biznes Nəfəsin canlı ifası tənqid olundu

Son günlər sosial mediada müğənni  Nəfəsin bir verilişdə təqdim etdiy

arrow Ətraflı
Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdi qarşısı alınıb  FOTO like
  • 31 Okt 14:25  
Digərləri Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdi qarşısı alınıb FOTO

Bakıda 28 May küçəsində yerləşən memarlıq abidəsinə zərər vurmaq c�

arrow Ətraflı
“Altay” Bakı üçün də gərəkli ola bilər like
  • 31 Okt 14:20  
Siyasət “Altay” Bakı üçün də gərəkli ola bilər

Türkiyə artıq yeni nəsil əsas döyüş tanklarını tam müstəqil şəkild

arrow Ətraflı
Gürcüstan onu Azərbaycana təhvil verdi like
  • 31 Okt 14:10  
Kriminal Gürcüstan onu Azərbaycana təhvil verdi

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib.

arrow Ətraflı
Məktəblilərin videosu yayıldı  Araşdırma gedir like
  • 31 Okt 14:07  
Digərləri Məktəblilərin videosu yayıldı Araşdırma gedir

Azərbaycanda məktəblilərin iştirakı ilə çəkilmiş qeyri-etik video yay�

arrow Ətraflı
"Cavadzadə"yə yeni direktor təyin olundu  FOTO like
  • 31 Okt 13:58  
Digərləri "Cavadzadə"yə yeni direktor təyin olundu FOTO

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirm�

arrow Ətraflı
Tatlısəsin oğluna atasına yaxınlaşmaq qadağan edildi like
  • 31 Okt 13:54  
Şou-biznes Tatlısəsin oğluna atasına yaxınlaşmaq qadağan edildi

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin gərgin münasibətl

arrow Ətraflı
Bu marşrutun hərəkət sxemi dəyişdirilir like
  • 31 Okt 13:53  
Digərləri Bu marşrutun hərəkət sxemi dəyişdirilir

Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Komple

arrow Ətraflı
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub  FOTO like
  • 31 Okt 13:46  
Digərləri DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub FOTO

Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssi

arrow Ətraflı