Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib FOTO
Digərləri 07 Noy 2025 15:28:00 78 0
Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları, birgə layihələrin icrası müzakirə edilib.
Bu xəbəri də oxu: Azərbaycan Çexiyadan yeni metro qatarları alacaq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrləri - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədr müavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədri Abdullah Əl-Uveys görüşüblər. Görüşdə həmçinin KOBİA və müvafiq palataların nümayəndələri, iş adamları iştirak ediblər.
Görüşdə Biznes Şuranın ilk iclasına hazırlıq işlərinə, eləcə də hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına, birgə layihələrin icrasına dair müzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, turizm, logistika və İKT kimi Azərbaycan üçün prioritet sahələrdə Biznes Şuranın potensialından geniş istifadə olunması qeyd edilib. KOB-ların rəqəmsal və yaşıl keçidinin təşviqi istiqamətində görülən işlərin bu sahələrdə qarşılıqlı investisiya qoyuluşlarını aktuallaşdırdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında 2025-ci ildə KOBİA və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir.
KOBİA və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında ikitərəfli görüş də keçirilib. Görüşdə palata ilə əməkdaşlıq məsələləri, hər iki qurumun imkanlarından bizneslər arasında əlaqələrin inkişafında istifadə məsələləri nəzərdən keçirilib.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabr
Son zamanlar bir çox marketlərdə hazır yeməklərin satışa çıxarılmas�
Noyabrın 7-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətənd
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Ə
Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspert barəsində
Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə o
Əməkdar artist Bəsti Bəkirova toyda çıxış etmək üçün ona təklif olu
İndoneziyanın paytaxtı Cakartada yerləşən bir məktəb kompleksinin ərazi
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Pr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Slovakiy
Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı üzrə onlayn platformanın ict
Xəbər verdiyimiz kimi, Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdir
