Prezident Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO FOTO
Siyasət 07 Noy 2025 13:30:00 65 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu xəbəri də oxu: Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib
Son.az xəbər verir ki, Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə dövlətimizin başçısını təbrik edərək, bununla bağlı keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü bildirdi.
Qonaq, həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirdi.
Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması məqsədilə imzalanmış sənədlərin tarixi əhəmiyyətinə toxunaraq, bunun regionda davamlı sülhün təmin edilməsində rolunu vurğuladı.
Robert Kalinak Prezident İlham Əliyevin Slovakiyaya səfərini məmnunluqla gözlədiklərini qeyd etdi.
Söhbət zamanı Azərbaycanla Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-sənaye sahələrində genişləndirilməsi üçün imkanların olduğu diqqətə çatdırıldı.
Həmçinin Slovakiyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinin genişləndirilməsinə göstərdiyi dəstəyə toxunuldu.
Xəbər verdiyimiz kimi, Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdir
İranda paytaxt Tehranda su böhranı kritik həddə çatıb.
Məşhur televiziya ulduzu Kim Kardaşyan yeni bölümdə etdiyi etirafla izləy
Tesla səhmdarları şirkətin baş direktoru İlon Mask üçün nəzərdə tutu
Sumqayıt şəhərində fəaliyyət göstərən "çöpçü" qadının
Sumqayıt şəhəri Corat qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı m
Əməkdar artist Nailə İslamzadə maraqlı açıqlamalar verib.
Azərbaycanın ilk uşaq blogeri kimi tanınan Banu Mourad illər sonra yenidən
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Bakı metropoliteni vaqon parkının yenilənməsi işini davam etdirir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy
Sosial şəbəkələrdə "Koti" kimi tanınan fenomen məsuliyyətə c
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsxanada zəhərlənmək qorxusu s
