Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olundu FOTO


Kriminal 07 Noy 2025 14:14:00 56 0

Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olundu  FOTO

Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olunub

4 noyabr 2025-ci il tarixində Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Polşanın Asiya və Sakit Okean Muzeyində Qarabağ xalçaçılıq məktəbinə aid "Malıbəyli" xalçasının Muzeyə hədiyyə edilməsi mərasimi təşkil edilib. Mərasimdə Polşa-Azərbaycan parlament qrupunun sədr müavini və üzvləri, diplomatik korpusların nümayəndələri, rəsmi şəxslər, Polşanın elm və incəsənət adamları, yerli media nümayəndələri, eləcə də bu ölkədə yaşayan soydaşlarımız iştirak edib. Muzeyin direktoru Juzef Zalevski belə dəyərli hədiyyəyə görə Azərbaycanın Polşadakı Səfirliyinə minnətdarlığını ifadə edib. Bu xalçanın Muzeyin kolleksiyasını zənginləşdirəcəyini bildirən direktor həmçinin onu Muzeyə gələn ziyarətçilərin də maraqla qarşılayacaqlarına əmin olduğunu qeyd edib. Y.Zalevski Muzeyə bağışlanan bu xalçanın dostluq, qarşılıqlı hörmət və mədəni dəyərlərin qorunmasına hörmətlə yanaşan iki xalq - Azərbaycan və Polşa xalqları arasında körpü rolunu oynayacağına inamını bildirib.

Mərasimdə çıxış edən N.Qurbanova Azərbaycanda xalçaçılığın qədim tarixə, güclü ənənələrə və zəngin təcrübəyə əsaslandığını, tarixən coğrafi mövqeyinə, dizaynına, kompozisiyasına, rəng seçiminə və texniki xüsusiyyətlərinə görə ölkəmizdə 7 xalçaçılıq məktəbinin mövcud olduğunu diqqətə çatdırıb.

Səfir qeyd edib ki, əsrlər boyu xalçaçılıq Azərbaycan mədəniyyəti və dekorativ sənətinin mühüm elementi olmuş, xalçalarımız xalqın ruhunu simvolizə etmiş və tariximizdəki mühüm hadisələri əks etdirmişdir. Azərbaycan xalçalarının keyfiyyəti və yüksək bədii dəyəri ilə bütün dünyada məşhur olduğunu vurğulayan səfir bir çox xalça nümunələrimizin dünyanın nüfuzlu muzeylərində nümayiş etdirildiyi əlavə edib.  

Həmçinin bir sıra önəmli tarixləri xatırlayaraq səfir N.Qurbanova cari ildə Azərbaycan xalçaçılığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15-ci, eyni zamanda ötən il Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 30-cu ildönümünün qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb. 24 element ilə Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısında 5-ci pillədə qərarlaşdığı vurğulanıb.

Dünyada mövcud olan, demək olar ki, bütün növ xalça və kilimlərin Azərbaycanda istehsal olunduğunu xüsusi qeyd edən N.Qurbanova onların hər kvadrat desimetrə düşən ilmələrin sayı ilə müəyyən edilən çox yüksək sıxlığı ilə seçildiyini, məhz bu baxımdan Azərbaycan xalçalarının uzun ömürlü olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycan Milli Xalça Muzeyi barədə danışaraq iştirakçılara Muzeyin yaradılması, fəaliyyəti, zəngin kolleksiyası barədə ətraflı məlumat verib. Muzeyin Şuşa şəhərində yerləşən filialından bəhs edərək onun 1987-ci ildə təsis edildiyini, burada müxtəlif adlarda eksponatların nümayiş olunduğunu, 1992-ci ildə Şuşanın işğalından sonra Şuşa filialının binasının dağıdıldığını və Muzeyin kolleksiyasiyasından bəzi nümunələrin təxliyə edildiyini bildirib. 

Bu mərasimin ölkəmizdə - Zəfər Günü kimi qeyd olunan bayram ərəfəsində keçirilməsi təsadüfi deyil. Bu qələbə sadəcə hərbi uğur deyil, eyni zamanda mənəvi, tarixi və mədəni bir qələbə idi. Bu, həyatın dirçəldilməsi - muzeylərin, teatrların və dini ziyarətgahların yenidən qurulması, musiqinin, sənətkarlığın və ənənələrin geri qaytarılması demək idi. 31 ildən sonra 2023-cü ildə yenidən ziyarətçilərin üzünə açılan Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı bu dirçəlişin bariz nümunəsidir.

Səfir həmçinin Muzeyə hədiyyə olunan "Malıbəyli" xalçası barədə qonaqlara ətraflı məlumat verib. Bu xalçanı Asiya və Sakit Okean Muzeyinə bağışlamaqla, Muzeyin mədəniyyətlərarası anlaşmanı və zəngin Şərq irsini təşviq etmək kimi əlamətdar missiyasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Daha sonra Muzeyin əməkdaşı Karolina Kşıvitska Qarabağ xalçaçılıq məktəbi, bu xalçaçılıq məktəbinə aid olan "Malıbəyli" xalçası barədə qonaqları ətraflı məlumatlandırıb və ənənəvi Azərbaycan xalçaçılıq sənəti haqqında video nümayiş olunub.

Tədbir çərçivəsində səfir N.Qurbanova Polşanın TVP televiziyasında yayımlanan "Dobrego dnia" verilişinə müsahibə verib.


Xəbərə aid fotolar

"Gəlməyim üçün 100 min manat təklif etdi, yox dedim" like
  • 07 Noy 14:00  
Şou-biznes "Gəlməyim üçün 100 min manat təklif etdi, yox dedim"

Əməkdar artist Bəsti Bəkirova toyda çıxış etmək üçün ona təklif olu

arrow Ətraflı
"3% o qədər də böyük məbləğ deyil" like
  • 07 Noy 13:45  
Digərləri "3% o qədər də böyük məbləğ deyil"

Nazir müavini vergi güzəştlərinin ləğvindən danışdı

arrow Ətraflı
İndoneziyada Cümə namazı zamanı partlayış  54 nəfər xəsarət alıb like
  • 07 Noy 13:39  
Dünya İndoneziyada Cümə namazı zamanı partlayış 54 nəfər xəsarət alıb

İndoneziyanın paytaxtı Cakartada yerləşən bir məktəb kompleksinin ərazi

arrow Ətraflı
17 tiktoker saxlanıldı  VİDEO  FOTO like
  • 07 Noy 13:32  
Digərləri 17 tiktoker saxlanıldı VİDEO FOTO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Pr

arrow Ətraflı
Bu imtahanın nəticələri nə zaman açıqlanacaq?  RƏSMİ like
  • 07 Noy 13:30  
Digərləri Bu imtahanın nəticələri nə zaman açıqlanacaq? RƏSMİ

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı üzrə onlayn platformanın ict

arrow Ətraflı
Xalq artisti səhhəti necədir?  Oğlu danışdı like
  • 07 Noy 13:20  
Şou-biznes Xalq artisti səhhəti necədir? Oğlu danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdir

arrow Ətraflı
"Tezliklə yağış yağmasa şəhəri boşaldacağıq" like
  • 07 Noy 13:11  
Dünya "Tezliklə yağış yağmasa şəhəri boşaldacağıq"

İranda paytaxt Tehranda su böhranı kritik həddə çatıb.

arrow Ətraflı
"Məni öldürmək istəyirlər" like
  • 07 Noy 13:00  
Şou-biznes "Məni öldürmək istəyirlər"

Məşhur televiziya ulduzu Kim Kardaşyan yeni bölümdə etdiyi etirafla izləy

arrow Ətraflı
Mask dünyanın ilk trilyoneri ola bilər like
  • 07 Noy 12:55  
Dünya Mask dünyanın ilk trilyoneri ola bilər

Tesla səhmdarları şirkətin baş direktoru İlon Mask üçün nəzərdə tutu

arrow Ətraflı
Onlara yeni vəzifə verildi like
  • 07 Noy 12:50  
Digərləri Onlara yeni vəzifə verildi

DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib.

arrow Ətraflı
Sumqayıtda çöpçü belə ifşa olundu  Ağzında gizlətdiyi nə idi?  VİDEO  FOTO like
  • 07 Noy 12:40  
Digərləri Sumqayıtda çöpçü belə ifşa olundu Ağzında gizlətdiyi nə idi? VİDEO FOTO

Sumqayıt şəhərində fəaliyyət göstərən "çöpçü" qadının

arrow Ətraflı
600 abonentin qazı kəsiləcək like
  • 07 Noy 12:34  
Digərləri 600 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri Corat qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı m

arrow Ətraflı
"Mənim verilişim olanda rayonlarda cinayət halları azalırdı" like
  • 07 Noy 12:30  
Şou-biznes "Mənim verilişim olanda rayonlarda cinayət halları azalırdı"

Əməkdar artist Nailə İslamzadə maraqlı açıqlamalar verib.

arrow Ətraflı