Üzəri xırtxırt, içi yumşaq ləzzət: Hollandsayağı kartof qızartması
Digərləri 07 Noy 2025 07:35:00 74 0
Hollandiya mətbəxinin ən sevilən qəlyanaltılarından biri olan "Patat Frites" üstü qızarmış və xırtıldayan, içi isə yumşaq olan teksturası ilə məşhurdur. Ölkədə "friteshuis" adlanan kiçik qızartma dükanlarında iki mərhələdə qızardılan bu kartoflar müxtəlif souslarla birlikdə servis edilir. Son.az bu ləzzətin evdə hazırlanma qaydasını təqdim edir:
Bu xəbəri də oxu: Əməkdar artistin dəfn yeri məlum oldu
Tərkibi
4 ədəd iri kartof
1 litr günəbaxan yağı
Duz
Servis üçün: mayonez, ketçup və ya Hollandiyanın məşhur fıstıq sousu (satay sousu)
Hazırlanma qaydası
Kartofları soyub qalın-uzunsov şəkildə doğrayın.
Nişastasının çıxması üçün doğranmış kartofları ən az 30 dəqiqə soyuq suda saxlayın.
Kartofları yaxşıca qurulayın.
Birinci qızartma: Yağı 160°C-ə qədər qızdırın və kartofları 5-6 dəqiqə qızardın. Kartoflar yalnız yumşalmalıdır, rəng almamalıdır.
Kartofları çıxarıb soyumağa qoyun.
İkinci qızartma: Yağı 190°C-ə qədər qızdırın və kartofları qızıl rəng alana qədər yenidən qızardın.
Kağız dəsmalların üzərinə sərin, duzlayın və isti halda servis edin.
Lalə Qüdrətova Son.az
Mütəxəssislər qeyd edir ki, darçın həm dadına, həm də sağlamlığa ol
Astrologiyaya görə hər bürcün özünəməxsus bir zəka parıltısı var: D
Tualet qabını parıldadacaq sadə, amma çox təsirli üsul sosial şəbəkəl
Əgər siz saat 23:00-00:00 arası yatıb səhər 04:00-05:00-da özünüzdən a
Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi qidalar istifadə müddəti bitd
Moskvada qətl törədən Azərbaycan vətəndaşları - Şahin Abbasov 17 il, q
Əməkdar artist Xəyyam Nisanov bir müddət əvvəl dünyasını dəyişən Ə
Xalq artisti Mələkxanım Eyyubovanın dizayner və bloger qızı Nəzrin Nə
Suriya Prezidenti Əhməd Əl-Şaranın 10 noyabrda Ağ Evdə ABŞ Prezidenti Do
Novo Nordisk" şirkətinin səhiyyə üzrə rəhbərlərindən biri olan Qo
Xırdalan dairəsi ətrafında yol hərəkətinin təşkili yenidən qurulacaq.
Liviyanın Milli Birlik Hökuməti 6 noyabr tarixində 2015-ci ildə Beyrutda h�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Prezident İlham Əliyev əsl dövlət liderliyi və müdrik qərarvermə nümun
Gecə rahat yatmaq çətin görünə bilər, amma bəlkə də cavab elə mətbə
