Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycan” yazısı silindi FOTO
Digərləri 24 Okt 2025 18:37:00 76 0
Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi binanın fasadındakı xatirə lövhəsi vandalizm hərəkətinə məruz qalıb.
Bu xəbəri də oxu: Bu rayonda heyvan bazarında nöqsanlar aşkarlandı
Son.az xəbər verir ki, barelyefdəki kiril qrafikasında olan "Azərbaycanın" yazısının üzəri ağ markerlə cızılıb və yazı oxunmaz hala gətirilib.
Ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov APA-nın yerli bürosuna fakt barəsində məlumatlı olmadığını deyib.
APA-nın yerli bürosu məsələ barədə Azərbaycanın Gürcüstandakı səfirliyini də məlumatlandırıb. Səfirlikdən bildirilib ki, məsələ nəzarətə götürülüb və barelyefdəki yazıya yetirilmiş zərərin aradan qaldırılması təmin olunacaq.
Qeyd edək ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi 1998-ci ilin oktyabrında açılıb. Son illərdə yerləşdiyi bina qəzalı olduğundan muzey fəaliyyət göstərmir. Ötən il Azərbaycan tərəfinin və Tbilisi meriyasının dəstəyi ilə tikilinin özül və əsas divarlarının bərkidilməsi işləri aparılıb. Muzeyə aid iki otaqda da divarbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə muzeyin bərpası nəzərdə tutulub. (APA)
31 oktyabr - 2 noyabr tarixlərində Bakıda "Bakıya uçuş. İncəsənət
Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən istismar müddəti bi
Eyni nəticə göstərən direktor namizədlər arasında seçimin necə aparıl
Bakı metrosunda Bənövşəyi xətt üzrə stansiyalarda qatarların hərəkət
Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları"
23 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Pr
Britaniyalı qadın insultdan sonra tayland aksenti ilə danışmağa başlayıb
Bakcell mobil operatorunun süni intellekt əsaslı lotereyasında 3-cü avtomob
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun Ukrayna Prezidenti
Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar
Xalq artisti Röya Ayxanın ailəsi ilə bağlı maraqlı görüntülər sosial
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyin
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəisi təyin edil
Məşhur rus astroloq Tamara Qloba bildirib ki, 1 noyabrdan etibarən Tərəzi
