Azərbaycan BMT Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib


Siyasət 24 Okt 2025 18:01:00 85 0

Azərbaycan BMT Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib

23 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı Assambleyasının 2023-cü ildə qəbul edilmiş "Hər Kəs üçün Münasib Mənzil" qətnaməsi ilə yaradılmış Açıq Hökumətlərarası İşçi Qrupun UN-Habitat-ın Keniyanın paytaxtı Nayrobidə yerləşən qərargahında 2-ci sessiyası (OEWG-H2) keçirilib. Sessiya çərçivəsində Azərbaycan həmin İşçi Qrupun bürosunun 2025-2026-cı illər üzrə həmsədri seçilib. Büronun digər həmsədri isə Somali olub. Bundan öncə büroya həmsədrlik Keniya və Fransa tərəfindən həyata keçirilib.

Hökumətlərarası İşçi Qrup əhalinin təhlükəsiz, dayanıqlı və əlçatan mənzil ilə təmin olunması məqsədilə qlobal siyasətin formalaşması və icrasının sürətlənməsi üzrə BMT-nin Məskunlaşma Proqramı Assambleyasının katibliyi rolunu oynayır, tövsiyələr hazırlayır, üzv ölkələrin bu istiqamətdə fəaliyyətini əlaqələndirir.

İşçi Qrupun bürosuna həmsədrlik Azərbaycanın qlobal şəhərsalma proseslərində iştirakının davamlılığına, dünyada mənzil təminatı məsələlərinin həllinə daha böyük töfhə verməsinə xidmət edəcək. Bununla yanaşı, bu yüksək vəzifə 17-22 may 2026-cı il tarixlərində Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nəticələri və təşəbbüslərinin önə çıxarılması üçün mühüm platforma olacaq.

Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. WUF13-ə ev sahibliyi ilə bərabər ölkəmiz UN-Habitat İcraiyyə Şurasının üzvüdür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universitetinin ekspertləri UN-Habitat tərəfindən hazırlanan "İnsan-mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Qaydalar"ı hazırlayan İşçi Qrupun üzvüdür. 2023-cü ildə UN-Habitat-ın Ümumdünya Məskunlaşma Günü (WHD23) Bakıda keçirilib. UN-Habitat həmçinin 2022, 2023 və 2025-ci illərdə baş tutan Azərbaycanın Milli Şəhərsalma Forumlarına fəal dəstək göstərib.

İnsultdan sonra başqa dildə danışmağa başladı  FOTO like
  • 24 Okt 18:00  
Digərləri İnsultdan sonra başqa dildə danışmağa başladı FOTO

Britaniyalı qadın insultdan sonra tayland aksenti ilə danışmağa başlayıb

arrow Ətraflı
Bakcellin meqa lotereyasında 3cü avtomobil uduldu! like
  • 24 Okt 17:56  
Digərləri Bakcellin meqa lotereyasında 3cü avtomobil uduldu!

Bakcell mobil operatorunun süni intellekt əsaslı lotereyasında 3-cü avtomob

arrow Ətraflı
Çindən Zelenskiyə CAVAB like
  • 24 Okt 17:55  
Dünya Çindən Zelenskiyə CAVAB

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun Ukrayna Prezidenti

arrow Ətraflı
Valideynlərini itirmiş uşaqlarla bağlı bu qanunlarda dəyişiklik like
  • 24 Okt 17:50  
Digərləri Valideynlərini itirmiş uşaqlarla bağlı bu qanunlarda dəyişiklik

Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q

arrow Ətraflı
Toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanıldı  VİDEO like
  • 24 Okt 17:42  
Digərləri Toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanıldı VİDEO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar

arrow Ətraflı
Röyanın müğənni qardaşının xanımı ilə səmimi like
  • 24 Okt 17:26  
Şou-biznes Röyanın müğənni qardaşının xanımı ilə səmimi

Xalq artisti Röya Ayxanın ailəsi ilə bağlı maraqlı görüntülər sosial

arrow Ətraflı
Prezident ona “generalmayor” ali hərbi rütbəsi verdi like
  • 24 Okt 17:20  
Siyasət Prezident ona “generalmayor” ali hərbi rütbəsi verdi

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyin

arrow Ətraflı
İlham Əliyev bu agentliyə yeni rəis təyin etdi like
  • 24 Okt 17:18  
Siyasət İlham Əliyev bu agentliyə yeni rəis təyin etdi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəisi təyin edil

arrow Ətraflı
Rus astroloqdan xəbərdarlıq: 1 noyabrda bu bürcün həyatı dəyişəcək! like
  • 24 Okt 17:11  
Digərləri Rus astroloqdan xəbərdarlıq: 1 noyabrda bu bürcün həyatı dəyişəcək!

Məşhur rus astroloq Tamara Qloba bildirib ki, 1 noyabrdan etibarən Tərəzi

arrow Ətraflı
Prezident generalmayoru vəzifəsindən azad etdi  FOTO like
  • 24 Okt 17:09  
Siyasət Prezident generalmayoru vəzifəsindən azad etdi FOTO

General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyekt

arrow Ətraflı
HUAWEI WATCH GT 6 PRO: PREMİUM TEXNOLOGİYA, GÜNDƏLİK İSTİFADƏ like
  • 24 Okt 17:00  
Digərləri HUAWEI WATCH GT 6 PRO: PREMİUM TEXNOLOGİYA, GÜNDƏLİK İSTİFADƏ

Ağıllı saatların əsas məqsədi təkcə vaxt göstərmək deyil, həm də g

arrow Ətraflı
Azərbaycanda ehtiyac meyarı artırılır like
  • 24 Okt 16:50  
Digərləri Azərbaycanda ehtiyac meyarı artırılır

2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 man

arrow Ətraflı
“Məcburi köçkünlərə edilən bu güzəştlər ləğv edilməlidir” like
  • 24 Okt 16:40  
Digərləri “Məcburi köçkünlərə edilən bu güzəştlər ləğv edilməlidir”

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında keçmiş məcburi köçkünlə

arrow Ətraflı
Xalq artistinin qızı: "Evli kişilər mənə münasibət təklif edirlər" like
  • 24 Okt 16:38  
Şou-biznes Xalq artistinin qızı: "Evli kişilər mənə münasibət təklif edirlər"

Xalq artisti Yaşar Nurinin müğənni və aparıcı qızı Ülkər Yaşar &qu

arrow Ətraflı
Milli Məclis Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrini təbrik etdi like
  • 24 Okt 16:34  
Digərləri Milli Məclis Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrini təbrik etdi

Milli Məclisdən AQC sədrinə təbrik – “Şəffaf iqtisadi münasibətlər

arrow Ətraflı