Əli Əsədov nazirləri topladı
Digərləri 25 Sen 2025 14:45:00 192 0
Sentyabrın 25-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə həsr olunmuş geniş iclas keçirilib.
Bu xəbəri də oxu: Bağçada azyaşlıya qarşı şiddət göstərilib GÖRÜNTÜLƏR
Nazirlər Kabinetindən Son.az-a verilən məlumata görə, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, "2026-cı il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri və 2026-cı il və növbəti üç il üzrə sosial-iqtisadi inkişaf proqnozları" aidiyyəti qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.
Sözügedən layihələr iclasda müzakirə olunub.
İclası giriş nitqi ilə açan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov növbəti ilin dövlət büdcəsi layihəsinin əsas göstəriciləri barədə ətraflı məlumat verib.
İclasda maliyyə naziri Sahil Babayevin "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında", iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında" və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin "2026-cı il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri barədə" məruzələri dinlənilib.
Daha sonra Baş nazir qarşıda duran əsas vəzifələri və tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasın yekununda "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" barədə layihələrin "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.
Dünya siyasəti absurd teatrı xatırladır - burada faciə ilə komediya bir s
 Ətraflı
 Ətraflı
                                                Ekoloji problemlərin həlli bütün dünya üçün eyni dərəcədə vacibdir v
 Ətraflı
 Ətraflı
                                                Xalq artisti Zemfira Nərimanova illər sonra Axşam.az obyektivinə tuş gəl
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, "Avant Group" MTK gecə saatlarında qazınt�
 Ətraflı
 Ətraflı
                                                "Bugünkü müzakirələr Azərbaycanla Böyük Britaniya arasında etimad�
 Ətraflı
 Ətraflı
                                                Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakir
 Ətraflı
 Ətraflı
                                                Müğənni Əli Mirəliyev açıqlaması ilə diqqət çəkib.
 Ətraflı
 Ətraflı
                                                "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin d
 Ətraflı
 Ətraflı
                                                Ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yay
 Ətraflı
 Ətraflı
                                                "Özümə gələ bilmirəm"
 Ətraflı
 Ətraflı
                                                ABŞ sakini Moris Heystinqs törətmədiyi cinayətə görə 38 il Kaliforniya h
 Ətraflı
 Ətraflı
                                                Zəlzələ təkcə geofiziki hadisə deyil, həm də cəmiyyətin aynasıdır. H
 Ətraflı
 Ətraflı
                                                ABŞ-in kosmik agentliyi NASA yarım əsrlik fasilədən sonra ilk dəfə olaraq
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            