Tibbdə inqilabi yenilik Hər orqanın yaşını ayrıca yoxlamaq mümkün oldu
Digərləri 25 Sen 2025 01:01:00 215 0
Alimlər insan orqanizm sistemlərinin fərqli sürətlə yaşlandığını aşkarlayıblar.
Bu xəbəri də oxu: Bakıdan qayıdan turist gömrükdən görün necə keçdi...
Son.az xəbər verir ki, araşdırma "Nature Aging" jurnalında dərc edilib.
Əvvəllər ürək, ağciyər, beyin və digər orqanların eyni sürətlə qocaldığı düşünülürdü. İndiyədək mövcud metodlar yalnız ümumi bioloji yaşı göstərirdi və hansı sistemin risk altında olduğunu göstərmirdi. Bu problemi həll etmək üçün alimlər qan analizinə əsaslanan yeni üsul hazırlayıblar.
Tədqiqatçılar təxminən 7 mindən çox insanın tibbi məlumatlarını toplayıb: xəstəlik tarixçəsi, standart analiz nəticələri, əzələ gücü və digər göstəricilər. Sonra xolesterol və şəkər səviyyəsi kimi müxtəlif orqanların yaşa uyğun dəyişməsini əks etdirən məlumatlarla müqayisə edilib və epigenetik göstəricilər ilə əlaqələndirilib.
Alimlər "Systems Age" testini hazırlayıblar. Bu test ürək, ağciyər, beyin, immun və metabolik sistemlər daxil olmaqla 11 fərqli sistem üçün ayrıca "yaş balı" hesablayır.
Test 7 mindən çox insan üzərində sınaqdan keçirilib və məlum olub ki, yeni üsul ənənəvi epigenetik saatlardan daha dəqiq xəstəlik riskini proqnozlaşdırır. Məsələn, ürəyin "yaşı" ürək-damar xəstəliklərinin riskini ümumi bioloji yaş göstəricisindən daha dəqiq müəyyən edir.
Həkimlər artıq profilaktika və müalicəni daha dəqiq təyin edə biləcəklər.
"Məsələn, immun sistemi daha sürətlə yaşlanırsa, onu gücləndirmək üçün strategiyalar tövsiyə oluna bilər. Əgər ürəyin yaşı yüksəkdirsə, diqqəti təzyiqin nəzarətinə, pəhrizə və ya kardioloji dərmanlara yönəltmək lazımdır", - deyə tədqiqatın müəllifi Morgan Levin bildirib.
İsmayıl Son.az
Moskvanın Şeremetyevo hava limanında iki sərnişin təyyarəsi toqquşub.
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlan
 Ətraflı
 Ətraflı
                                                Gecə saatları olmasına baxmayaraq "Avant Group" MTK Bakıda qazınt
 Ətraflı
 Ətraflı
                                                Zəlzələ mütəxəssisi Prof. Dr. Ahmet Ərcan, Balıkəsirin Sındırqı böl
 Ətraflı
 Ətraflı
                                                AzTV iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdard
 Ətraflı
 Ətraflı
                                                Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Ə
 Ətraflı
 Ətraflı
                                                Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Y
 Ətraflı
 Ətraflı
                                                Suriya Prezidenti Əhməd Şara Birləşmiş Millətlər Təşkilatının 80-ci
 Ətraflı
 Ətraflı
                                                Burqer gündəlik qidalanmada ən çox rast gəlinən fast food məhsullarından
 Ətraflı
 Ətraflı
                                                BMT-nin 80-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-də olan Türki
 Ətraflı
 Ətraflı
                                                İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir.
 Ətraflı
 Ətraflı
                                                Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir.
 Ətraflı
 Ətraflı
                                                İtaliya Baş naziri Corcia Meloni, BMT-nin Nyu-Yorkda keçirilən 80-ci Baş As
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            