Başçını ittiham edən qohumu barədə qərar verildi
Digərləri 16 Avq 2025 15:36:00 346 0
Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks-baş mühasibi Rəşad Babayevin barələrindəki qərardan verdikləri kassasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
Bu xəbəri də oxu: İtkin şəhidi Elçin Quliyev dəfn olunub
Musavat.com xəbər verir ki, Rəşad Babayev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qohumudur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla birgə hakim qarşısına çıxarılan baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib.
Rəşad Babayev ilkin məhkəmə instansiyasında demişdi ki, əvvəllər rabitə sahəsində mühasib işləyib. Sonradan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. İttihama görə o, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10 min 842 manat 97 qəpik maaş yazıb. Beləcə qurumun 194 min manatını mənimsəyib.
Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (Rabitə) Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ayağına elektron qolbaq bağlanıb. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.
Rəşad Babayevlə İsrafil Bəkirovun barələrindəki hökmdən apellyasiya şikayətləri hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılıb. İlkin isntansiyada Rəşad Babayevə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Apellyasiya instansiyasında cəza 6 il 9 aya endirilib. İsrafil Bəkirovun cəzası isə dəyişdirilmədən saxlanılıb.
16.08.2025-ci il tarixində saat 10:50 radələrində Respublika Təcili və Tə
 Ətraflı
 Ətraflı
                                                İllər keçdikcə insanın görünüşü dəyişir, amma bəzi bürclər əksin
 Ətraflı
 Ətraflı
                                                Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəyin ad günü münasib
 Ətraflı
 Ətraflı
                                                Havaların hər keçən gün daha da isinməsi təkcə insan sağlamlığına de
 Ətraflı
 Ətraflı
                                                Rusiya Federasiyasının Kamçatka bölgəsində güclü zəlzələ qeydə alın
 Ətraflı
 Ətraflı
                                                Avqustun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıq
 Ətraflı
 Ətraflı
                                                "Möhtərəm cənab Prezidentin Ermənistanın baş naziri ilə Vaşinqtond
 Ətraflı
 Ətraflı
                                                Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nətic
 Ətraflı
 Ətraflı
                                                Aktyor Azər Axşam növbəti mövsümdə yeni kanalda tamaşaçıqarşısına �
 Ətraflı
 Ətraflı
                                                Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin avqustun 18-də ABŞ-ın sabiq Pre
 Ətraflı
 Ətraflı
                                                15 avqust üçün tarot bürc proqnozu üç bürc nümayəndələri üçün xoş
 Ətraflı
 Ətraflı
                                                Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya müxt�
 Ətraflı
 Ətraflı
                                                Bu gün səhər saatlarında Azərbaycanın Tovuz rayonu ərazisində baş ver�
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            