“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan şəxs kimdir? DOSYE
Digərləri 15 İyl 2025 21:04:00 387 0
Mədətov Fərhad SOCAR Azəriqaz İB-də Baş Direktorun maliyyə üzrə müavini təyin edilib. Son.az xəbər verir ki, Mədətov Fərhad 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri 5 saylı orta məktəbi bitirib.
Bu xəbəri də oxu: Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi
O, 1995-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin "Nəqliyyat" fakültəsini bakalavr və maqistr dərəcələri ilə bitirmişdir. 2005-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" isxtisası üzrə bakalavr dərəcəsini almışdır. Mühasibat və maliyyə sahələrində "Association of Chartered Certified Accountants" və "Corporate Finance İnstitute" kimi nüfuzlu beynəlxalq qurumlardan sertifikat və diplomlara malikdir.
O, 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olub. Azərbaycanın ərazi bütovlüyü uğrunda İkinci Qarabağ Müharibəsinin veteranıdır. İkinci Qarabağ Müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Fizuli, Cəbrayıl, Hadrut, Zəngilan, Ağdam, Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Zəngilanın azad olunmasına görə", "Cəbrailin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Ehtiyatda olan zabitdir. Fərhad Mədətov müxtəlif xarici və yerli müəssisələrdə maliyyə və mühasibatlıq üzrə mütəxəsis və rəhbər vəzifələrində fəaliyyət göstərib. 2005- 2007-ci illərdə "European Tobacco" ASC-də mühasib kimi işləyib. 2008-2017-ci illərdə "Agro-Azərinvest" MMC-də Maliyyə meneceri, daha sonra Maliyyə Departamentinin Direktoru vəzifələrində işləyib. 2017-2019-cu illərdə "Gilan Holding"-də Grupun Maliyyə Nəzarətçisi kimi çalışıb. 2019-2024-cü illərdə "Azerbaijan Fish Farm" MMC-də Maliyyə Departamentinin Direktoru kimi çalışıb. 2024-ci ildən "Odlar Yurdu" Universitetində Mühazirəçi müəllim kimi fəaliyyət göstərir. 2024-2025-ci illərdə "ATS Food" MMC-də Maliyyə Departamentinin Direktoru kimi fəaliyyət göstərib. 28 fevral 2025-ci ildən "SOCAR Azəriqaz İB"-də Baş Direktorun müşaviri kimi fəaliyyətini davam etdirib. Ailəlidir. Üç övladı var. (Ajans.az)
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin nümayən
 Ətraflı
 Ətraflı
                                                Bakıda yaşayış evlərinə yaxın ərazidə yanğın baş verib.
 Ətraflı
 Ətraflı
                                                2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanın dövlət qu
 Ətraflı
 Ətraflı
                                                Müğənni Mənzurə Musayevanın ailə qurmağa hazırlaşdığı iddia olunub.
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Saratov şəhərində Azərbaycan ba
 Ətraflı
 Ətraflı
                                                Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın ba
 Ətraflı
 Ətraflı
                                                Müğənni Leyla Rəhimova canlı yayımda kövrək anlar yaşayıb.
 Ətraflı
 Ətraflı
                                                Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövr
 Ətraflı
 Ətraflı
                                                ABŞ-nin Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) alimləri dü
 Ətraflı
 Ətraflı
                                                İstanbulun Küçükçekmece rayonunda iki qrup arasında baş verən qarşıdur
 Ətraflı
 Ətraflı
                                                Ziraat Bank Azərbaycan 2025-ci ilin ikinci rübünü güclü maliyyə göstəri
 Ətraflı
 Ətraflı
                                                2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətmə
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            