Azərbaycanın minalar və partlamamış hərbi sursatlar problemi Nepal mediasında
Siyasət 06 İyn 2025 12:24:00 57 0
İyunun 5-də Nepalın aparıcı "Nepalkhabar" media portalında "Minalar və partlamamış hərbi sursatlar: Müharibədən sonrakı Azərbaycanda səssiz təhlükə" (Mines and unexploded ordnance: The silent threat in post-war Azerbaijan) adlı məqalə dərc edilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Nepalda akkreditə olunmuş Səfirliyinin müəllifi olduğu məqalənin məqsədi dünya ictimaiyyətinin diqqətini Azərbaycanın üzləşdiyi bu genişmiqyaslı təhlükəsizlik, humanitar və inkişaf probleminə çəkməkdir.
Məqalədə 1991-ci ildən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinin, o cümlədən Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun fəal şəkildə minalandığı, hazırda Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğu bildirilir.
Qeyd olunur ki, ölkə ərazisinin 13%-dən çoxunda təxminən 1,5 milyon mina və partlamamış hərbi sursatlar qalmaqdadır. Bu problemin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışına ciddi maneə yaratdığına, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra minaların partlaması nəticəsində 397 vətəndaşımızın həlak olduğuna və yaralandığına diqqət çəkilir.
Mina xəritələrinin təqdim edilməsi ilə bağlı Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistanın uzun müddət belə xəritələrin mövcudluğunu inkar etdiyi, yalnız beynəlxalq təzyiqlərdən sonra təqdim etdiyi bu xəritələrin minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə etdiyi və yalnız 25% dəqiq olduğu, son mina hadisələrinin 55%-dən çoxunun bu xəritələrin əhatə etdiyi ərazilərdən kənarda baş verdiyi bildirilir.
Yazıda mina probleminin təsirlərinin aradan qaldırılması məqsədilə ölkəmizdə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının, maarifləndirmə kampaniyalarının və mina qurbanlarına dəstək tədbirlərinin həyata keçirildiyi qeyd edilir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ərazilərin minalardan təhlükəsiz və səmərəli şəkildə təmizlənməsini təmin etmək üçün qabaqcıl minatəmizləmə texnologiyaları və vasitələrindən geniş istifadə etdiyi bildirilir. Bu fəaliyyətlərin 95%-dən çoxunun Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirildiyi və ciddi nəticələr əldə edildiyi qeyd olunsa da, problemin miqyasını nəzərə alaraq ayrılan xarici töhfələrin yetərli olmadığı, daha böyük həcmdə beynəlxalq siyasi və praktiki dəstəyə ehtiyac olduğu vurğulanır.
Məqalədə həmçinin mina problemi üzrə ölkəmiz tərəfindən aparılan qlobal fəaliyyətlər və irəli sürülən təşəbbüslər barədə geniş məlumat verilir. Xüsusilə qeyd olunur ki, humanitar minatəmizləmə Azərbaycan Hökuməti tərəfindən 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit olunub, bu sahənin 18-ci Qlobal Dayanıqlı İnkişaf Məqsədi kimi BMT tərəfindən tanınması üçün fəal təşviqat işləri həyata keçirilir.
Məqalənin tam mətni ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür:
https://en.nepalkhabar.com/news/detail/14098
/Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Dünən və bu gün Şamaxıda baş verən zəlzələlər, xırda təkanların o

İran Prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Ermənistana rəsmi sə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclas

ABŞ-ın tanınmış iş adamı İlon Maskın keçmiş həyat yoldaşı və mode

2025-ci ilin mayında Avropa İttifaqının "Radio Azadlıq" adı ilə

"İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi

Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qət

Yaponiyanın Osaka şəhərində "Ekspo 2025" dünya sərgisi çərçi

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə bal

Ermənistan siyasətində yenidən ağır bir gurultu səsləri eşidilir: baş

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
