Türkiyədə qar uçqunu olub 3 nəfər itkin düşdü
Dünya 31 Dec 2025 19:55:00 70 0
Türkiyədə qar uçqunu baş verib.
Read this news too: Keçmiş ABŞ prezidentinin 35 yaşlı nəvəsi ÖLDÜ
Son.az xəbər verir ki, Artvin vilayətinin Ardanuç rayonuna bağlı Zəkəriyyə kəndində bu səhər qar uçqunu olub və 3 çoban uçqun altında qalaraq itkin düşüb. Qəza zamanı onlar sürüləri ilə birlikdə qarın altında qalıblar. Axtarış‑xilasetmə işləri hadisə yerində davam etdirilir.
Artvin valisi Turan Ergün bildirib ki, havası sərt olan ərazidə AFAD və digər xilasedici qruplar axtarışlara cəlb edilib. Bir çobanın cəsədi tapılıb, digər ikisini tapmaq üçün axtarışlar davam edir.
Source: milli.az
