Dünyanın ən ağırçəkili insanı vəfat etdi
Dünya 30 Dec 2025 23:32:00 60 0
Ginnesin Rekordlar Kitabına dünyanın ən ağır çəkili insanı kimi düşən meksikalı Xuan Pedro Franko 41 yaşında böyrək infeksiyası səbəbindən xəstəxanada həyatını itirib.
Read this news too: "Süni intellekt nüvə müharibəsinə səbəb ola bilər"
Son.az xəbər verir ki, Frankonun vəziyyəti qəfil pisləşib və yaranan fəsadlar onun həyatına son qoyub.
Xuan 2017-ci ildə, 32 yaşında olarkən təxminən 600 kq çəki ilə dünyanın ən ağır adamı titulunu qazanaraq beynəlxalq şöhrət tapmışdı.
Həmin vaxt o qədər böyük idi ki, vaxtının demək olar ki, hamısını yataqda keçirməyə məcbur qalırdı.
2017-ci ildən sonra o, çəkisini azaltmaq üçün bir neçə ciddi cərrahi əməliyyat keçirmiş və həyatını xilas etmək üçün böyük iradə nümayiş etdirmişdi.
Lalə Qüdrətova Son.az
