Yüksək maaş və hüzur bir arada: Yaşamaq üçün ən yaxşı ölkə seçildi
Dünya 30 Dec 2025 00:58:00 97 0
Xaricdə yeni həyat qurmaq arzusunda olanlar üçün gözlənilən siyahı açıqlanıb. Beynəlxalq ekspertlər tərəfindən hazırlanan indeks həm karyera, həm də həyat standartları baxımından fərqlənən ölkələri sıralayıb. Qiymətləndirmə zamanı maaşların səviyyəsi, iqtisadi sabitlik, təhsil imkanları və iş bazarının vəziyyəti əsas meyarlar kimi götürülüb.
Read this news too: Tramp: "Prezident Ərdoğana hörmət edirəm, Netanyahu da hörmət edir"
Son.az xəbər verir ki, 2025-ci il sıralamasında siyahının birinci pilləsində İsveçrə qərarlaşıb. Ölkə sabit iqtisadiyyatı, yüksək maaş ortalaması və güclü sosial strukturu ilə rəqiblərini geride qoyub.
Səbəblər: İşsizlik səviyyəsinin aşağı olması və ixtisaslı işçi qüvvəsinə yaradılan geniş imkanlar.
Maliyyə, mühəndislik və səhiyyə sektorları xarici mütəxəssislər üçün ən maraqlı sahələrdir.
İkinci yerdə qərarlaşan Sinqapur Asiyanın qlobal biznes mərkəzi statusunu qoruyur. Təhlükəsiz şəhər mühiti, nizam-intizamlı iş mədəniyyəti və beynəlxalq şirkətlərin çoxluğu Sinqapuru karyera yönümlü insanlar üçün cazibə nöqtəsinə çevirir.
