Falçının arxivdə gizlədilən proqnozu tapıldı 26 fevral, 2026cı ildə…


Dünya 29 Dec 2025 22:41:00 88 0

Falçının arxivdə gizlədilən proqnozu tapıldı  26 fevral, 2026cı ildə…

1974-ci ildə vəfat etmiş Volf Messinq fevralın 26-dan bir gün əvvəl dünyada bütün rabitə sistemlərinin tamamilə sıradan çıxacağını proqnozlaşdıb-daha nələr olacaq?

Son.az xəbər verir ki, onun öncəgörmələri DTX arxivlərində gizlədilib. YouTube-dakı "Mənim SSRİ-im" kanalı keçmiş kəşfiyyatçı Aleksey Sokolova istinadən verdiyi məlumata görə, Volf Messinqin proqnozları SSRİ-nin baş katibi Leonid Brejnevin tərəfdən şəxsən "məxfidir" qrifli ilə möhürlənib və indiyədək də Lubyankada saxlanılıb. İddia olunur ki, həmin məxfi zərfdə Volf Messinqin proqnozu barədə yazılıb.

Həmin öncəgörmədə deyilir: "26 fevral 2026-cı ildə Rusiyanın taleyi həll olunacaq. Mavi gözlü insan müharibə və sülh arasında seçim qarşısında qalacaq. Onun qərarı bəşəriyyətin 2027-ci ilə qədər yaşayıb-yaşamayacağını müəyyən edəcək. Həmin gün bütün dünyanı lərzəyə salacaq hadisə baş verəcək".

Mesajın daha yaxından təhlili göstərir ki, Messinq 2026-cı ili bütün dünya üçün dönüş nöqtəsi kimi görür. Onun sözlərinə görə, dünyada Qartal (ABŞ), Əjdaha (Çin), Ayı (Rusiya) birləşəcək. Amma əsl təhlükə dördüncü qüvvədir. Messinq o qüvvələri "ölkələri idarə edən qızıla və informasiyaya sahibi vətənsizlər" adlandırıb. "Onlar bu nəhəngləri müharibədə bir-birinə qarşı qoymağa çalışacaqlar. Beləliklə, 2026-cı ilin fevralında bəşəriyyət öz tarixində böyük bir seçim qarşısında qalacaq. 2026-cı ilin fevral ərəfəsində səmada kometanın görünməsi qlobal dəyişikliklərin xəbərçisi olacaq. Bu İlahidən bir xəbərdarlıq olacaq". O, həmçinin fevralın 26-dan bir gün əvvəl dünyada bütün rabitə sistemlərinin tamamilə sıradan çıxacağını proqnozlaşdır.

Volf Messinq onu da proqnozlaşdırıb ki, əgər bəşəriyyət sülh yolu ilə getsə və gələcək inkişafı seçsə, insanlar 2040-cı ildə ulduzlara səyahət edə, qocalmağa qalib gələ və istənilən xəstəliyi müalicə etmək üçün texnologiyalar inkişaf etdirə biləcək.