Film kimi soyğunçuluq: 30 milyon avro OĞURLANDI


Dünya 31 Dec 2025 11:53:00 94 0

Film kimi soyğunçuluq: 30 milyon avro OĞURLANDI

Naməlum şəxslər Almaniyanın Helsenkirxen şəhərindəki "Sparkasse" bankının seyfinə daxil olaraq təxminən 30 milyon avro oğurlayıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, oğrular gecə saatlarında yaxınlıqdakı dayanacaqdan binaya daxil olub, qazma alətindən istifadə edərək seyf divarında böyük bir dəlik açaraq içəriyə keçiblər. Orada 3200 seyf qutusunu açıb, içindəkiləri oğurlayaraq qaçıblar. Soyğunçuluq ertəsi gün səhər tezdən aşkar edilib.

Bu, Almaniyanın cinayət tarixindəki ən böyük oğurluq hadisələrindən biri olub.