Şirkətini satıb, işçilərinə 20 milyon bonus payladı
Dünya 26 Dec 2025 12:54:00 127 0
ABŞ-ın Luiziana ştatında yerləşən "Fibrebond" şirkətinin 1,7 milyard dollara satılması işçilər üçün tarixi qazanca çevrilib. Şirkətin baş direktoru Qraham Uoker satış müqaviləsinə gəlirin 15 faizinin işçilərə paylanması şərtini daxil edib.
Read this news too: Yüksək maaş və hüzur bir arada: Yaşamaq üçün ən yaxşı ölkə seçildi
Son.az xəbər verir ki, bu qərar nəticəsində şirkətdə çalışan 540 tam ştatlı işçi ümumilikdə 240 milyon dollar (təxminən 10 milyard türk lirəsi) məbləğində bonus əldə edib. Adambaşına düşən orta ödəniş isə 443 min dollar (təxminən 20 milyon TL) olub.
Məlumata görə, bonuslar işçilərin şirkətdə ən azı beş il qalması şərti ilə hissə-hissə ödəniləcək. Uzun müddət "Fibrebond"da çalışan işçilərin isə daha yüksək məbləğlər aldığı bildirilir.
Source: milli.az
