Fransa Bəşər Əsədin həbsinə order verdi


Dünya 02 Sep 2025 23:24:00 142 0

Fransa Bəşər Əsədin həbsinə order verdi

Fransa məhkəmə orqanları sabiq dövlət başçısı Bəşər Əsəd də daxil olmaqla yeddi Suriya rəsmisinin həbsinə order verib.

Son.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

"13 illik istintaqdan sonra Paris məhkəməsinin insanlığa qarşı cinayətlər departamentinin təhqiqatçı hakimləri Suriyanın yeddi yüksək vəzifəli məmurunu müharibə cinayətlərində və insanlığa qarşı cinayətlərdə iştirakda ittiham edərək həbslərinə order veriblər", - məlumatda deyilir.

Qeyd edək ki, təhqiqat 2012-ci ildə Suriyada bir sıra qərbli jurnalistin ölməsi və yaralanması ilə bağlı aparılıb.