Paşinyan və xanımı zala Azərbaycan musiqisinin sədaları altında giriblər
Dünya 02 Sep 2025 18:47:00 183 0
Xəbər verdiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində dövlət rəhbərlərinin Çin lideri ilə görüşü keçirilib.
Son.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Çin lideri Si Cinpinlə görüş üçün zala daxil olarkən fonda Azərbaycan musiqisi səslənib.
Görüntüləri Nikol Paşinyan Feysbuk səhifəsində paylaşıb.
Fonda səslənən "Azərbaycanım" mahnısı bir neçə saniyədən sonra kəsilib. (Globalinfo.az)
Source: milli.az