Azyaşlılar 10 milyon avroluq qızıl oğurladılar
Dünya 02 Sep 2025 14:23:00 151 0
Fransada iki azyaşlı saxlanılıb, onların üzərindən 10 milyon avro dəyərində qızıl-zinət əşyaları tapılıb.
Son.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Məlumata əsasən, polis Tunis əsilli Paris sakini və onun ortağını Lion qatar stansiyasında nəzarətə götürüb. Axtarış zamanı azyaşlılardan birinin alt paltarında gizlədilmiş ümumilikdə 10 milyon avro dəyərində qızıl-zinət məmulatları aşkarlanıb.
Əşyalar arasında 5 milyon avro qiymətində boyunbağı, iki milyondan artıq dəyərə sahib sırğalar, bir milyonluq üzük, "Rolex" markalı saat və digər bahalı aksessuarlar olub.
Source: milli.az