Təyinatsız qəbul edilən ağrıkəsicilər hansı "baş ağrıları" gətirir?


Digərləri 13 Fev 2025 08:43:00 70 0

Təyinatsız qəbul edilən ağrıkəsicilər hansı "baş ağrıları" gətirir?

İnsanların daha çox üz tutduğu dərman növündən biri ağrıkəsicilərdir. Elə adam yoxdur ki, həyatının müxtəlif dönəmlərində hansısa ağrıkəsicilərdən istifadə etməsin. Bunu həftədə, ayda bir dəfə qəbul edənlər də var, mütəmadi qəbul edənlər də. Bəzən həkim təyinatı ilə yazılan ağrıkəsicilərlə yanaşı, əczaçılar tərəfindən məsləhət görülən, həkim nəzarəti olmadan istifadə edilən ağrıkəsici dərmanlar da olur. Təəssüf ki, günümüzdə nəzarətsiz, təyinatsız ağrıkəsici istifadə edənlər də çoxdur.

Nəzarət və təyinat olmadan qəbul edilən bu ağrıkəsicilərin orqanizmə hansı mənfi təsirləri olur?

Son.az bildirir ki, bunu Trend-ə danışan qastroenteroloq Aynurə Məmmədova bildirib ki, praktikada çox sayda insanın nəzarətsiz şəkildə ağrıkəsicilər qəbul etdiyi görünür:

"Ağrıkəsicilərin ağrı kəsməklə yanaşı, iltahabəleyhinə və temperatur salıcı xüsusiyyətləri var. Ona görə də insanlar nəzarətsiz şəkildə, ehtiyac olan zaman ağrıkəsiciləri qəbul edirlər və nəticədə, həmin dərmanların əlavə təsirlərini də hiss edirlər. Əlavə təsirlər içərisində, əsasən, mədə-bağırsaq sistemi üzərində qastrit, eroziya, yaraların yaranması, hətta mədə-bağırsaq qanaxması, qaraciyər, böyrək zədələnmələrini görə bilirik, eləcə də, böyrək, qaraciyər çatışmazlıqlarına qədər gətirib çıxara bilir.

Mədə xəstəlikləri olan, reflüks, qastrit, xora, qaraciyər xəstəlikləri olan insanlar, yaşlılar, ağrıkəsicilər qəbul etməkdə risk qrupundadır. Bu xəstələrdə mədə-bağırsağın ciddi zədələnməsi və qanaxmaların olmasına, hətta həyati təhlükənin yaranmasına səbəb ola bilir. Buna görə də insanlar ağrıkəsicilər qəbul edərkən diqqətli olmalıdır. Ağrılar olan zaman öncə həkimə müraciət etməli, ağrının səbəbi müəyyənləşməli və ona uyğun həkim tərəfindən müalicə təyin edilməlidir".

Həkim ağrıkəsici qəbul etmək məcburiyyəti qarşısında qalarkən, həkiməqədər yardımdan söz açıb.

"Ağrıkəsici qəbul etmək məcburiyyətində olunursa, bu zaman ağrıkəsicini mütləq toxqarına, bol su ilə qəbul etmək lazımdır. İlkin olaraq yüngül, əlavə təsirləri az olan ağrıkəsici preparat seçilməlidir. Əgər ağrıkəsici dərmanın tərkibi güclüdürsə, həmin insan mütləq mədəqoruyucu tablet qəbul etməlidir. Xronik xəstəlikləri olan, uzun müddət ağrıkəsici qəbul etmək məcburiyyətində olan xəstələr mütləq mədə endoskopiyası olmalı, helikobakter pilori tərəfindən araşdırılmalıdır. Əgər xəstənin mədəsində helikobakter pilori varsa, bu, ağrıkəsicilərin əlavə təsirlərinin meydana çıxmasına, xüsusilə mədə-bağırsaq xoralarının yaranmasına, qanaxma riskinin artmasına səbəb ola bilir", - deyə həkim əlavə edib.

Kliniki Tibbi Mərkəzin terapiya şöbəsinin həkim-terapevti Könül Bənənyarskaya Trend-ə bildirib ki, ağrıkəsici dərmanlar, elmi dildə analgetiklər təsir qrupuna görə iki yerə bölünür:

"Bu qruplar narkotik ağrıkəsicilər və qeyri-narkotik ağrıkəsicilərdir. Güclü analgeziya xüsusiyyətlərinə malik olan narkotik ağrıkəsicilər travmalarda, cərrahi əməliyyatlarda, yaralanmalarda, şiddətli ağrı ilə müşayiət olunan xəstəliklərdə istifadə olunur.

Qeyri-narkotik ağrıkəsicilər əzələ ağrıları, sinir ağrıları, oynaq, baş və ya diş ağrıları zamanı istifadə edilir. Bu dərmanların həm də qızdırmasalıcı effekti var. Yüksək hərarətli xəstələrdə iltihabəleyhinə təsir göstərir. Narkotik ağrıkəsicilərdən fərqli olaraq, qeyri-narkotik analgetiklərin bir müsbət cəhəti də var ki, bunlar mərkəzi sinir sistemində tənəffüs mərkəzinə və öskürək mərkəzinə təsir etmir. Gündəlik praktikamızda rast gəldiyimiz ağrıkəsicilərə aspirini, analgini, parasetamolu misal göstərmək olar. Bu ağrıkəsicilərdən biz gündəlik həyatda daha çox istifadə edirik. Qeyri-narkotik ağrıkəsicilərdən gündəlik tibbi praktikalarda da geniş istifadə olunur. Onlar nəinki sinir, revmatoloji ağrıları aradan götürür, həm də hərarətsalıcı effekt göstərir".

Həkim qeyd edib ki, bütün dərmanlarda olduğu kimi, ağrıkəsicilərin də qəbulu zamanı bu preparatlara qarşı göstəriş, əks-göstəriş mövcuddur.

"Mütəmadi qəbul edilən ağrıkəsicilərin ilk olaraq mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, eyni zamanda, görmə sinirinin xəstəlikləri kimi əks göstərişləri var.

Bu bürclər bəxtəvər olmağa yaxındır like
  • 13 Fev 08:37  
Digərləri Bu bürclər bəxtəvər olmağa yaxındır

2025-ci il bürcün bəzi əlamətləri üçün xüsusilə uğurlu olacağını

arrow Ətraflı
Putinlə Tramp bu ölkədə görüşəcək like
  • 13 Fev 08:27  
Dünya Putinlə Tramp bu ölkədə görüşəcək

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ə

arrow Ətraflı
Bakılı müğənninin dəhşətli taleyi: bıçaqlama, həbs, xəstəlik… like
  • 13 Fev 08:20  
Şou-biznes Bakılı müğənninin dəhşətli taleyi: bıçaqlama, həbs, xəstəlik…

Sovet dövründə Bakı şəhərində bir çox filmlər çəkilib. Mövzuları A

arrow Ətraflı
Tramp: Ukrayna çətin ki, öz ərazilərini geri alsın like
  • 13 Fev 08:14  
Dünya Tramp: Ukrayna çətin ki, öz ərazilərini geri alsın

ABŞ prezidenti Donald Tramp çərşənbə günü deyib ki, Ukrayna Rusiya tər�

arrow Ətraflı
Sumqayıtda ər arvadını boğaraq öldürməkdə təqsirləndirilir like
  • 13 Fev 07:58  
Kriminal Sumqayıtda ər arvadını boğaraq öldürməkdə təqsirləndirilir

Sumqayıtda ər arvadını boğaraq öldürməkdə şübhəli bilinir.

arrow Ətraflı
İlon Mask Ağ Evin ofisində yatır like
  • 13 Fev 07:54  
Dünya İlon Mask Ağ Evin ofisində yatır

ABŞ-nin Səmərəlilik üzrə departament direktoru İlon Mask yeni işinə o q

arrow Ətraflı
Müqəddəs Valentin kimdir? – Cütlükləri gizli şəkildə evləndirən rahib like
  • 13 Fev 07:40  
Digərləri Müqəddəs Valentin kimdir? – Cütlükləri gizli şəkildə evləndirən rahib

"Sevgililər günü"ün yaranması Rahib Valentin, digər adıyla Müq

arrow Ətraflı
Dördüncü kurs tələbəsi faciəli şəkildə öldü like
  • 13 Fev 07:30  
Digərləri Dördüncü kurs tələbəsi faciəli şəkildə öldü

Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbəsi vəfat edib.

arrow Ətraflı
Zəncəfilin sonsuz faydaları  qışda sadiq dostumuz like
  • 13 Fev 07:28  
Digərləri Zəncəfilin sonsuz faydaları qışda sadiq dostumuz

Qış aylarında immuniteti gücləndirən təbii vasitələrdən biri də zənc

arrow Ətraflı
Fransada partlayış  12 nəfər xəsarət aldı like
  • 13 Fev 07:21  
Dünya Fransada partlayış 12 nəfər xəsarət aldı

Fransanın Qrenobl şəhərindəki barda baş verən partlayış nəticəsində

arrow Ətraflı
Tolik Zaura söz atdı: “Mən Vəfanı çağıran kimi...” like
  • 13 Fev 07:15  
Şou-biznes Tolik Zaura söz atdı: “Mən Vəfanı çağıran kimi...”

"Mən səni efirə dəvət edən kimi, Zaur da Şəbnəmi çağırır"

arrow Ətraflı
Min illərlə gizlədilmiş nəhəng piramida AŞKARLANDI  FOTO like
  • 13 Fev 07:01  
Dünya Min illərlə gizlədilmiş nəhəng piramida AŞKARLANDI FOTO

Peruda arxeoloqlar müqəddəs Caral şəhərinin yaxınlığında, Supe vadisin

arrow Ətraflı
“Sənətkarlığın başına dəysin” like
  • 13 Fev 06:47  
Şou-biznes “Sənətkarlığın başına dəysin”

"Keçən dəfə bir məsələ ilə bağlı (Əməkdar artist Teymur Əmrah�

arrow Ətraflı
Uzun ömür yaşayan beş BÜRC like
  • 13 Fev 06:38  
Digərləri Uzun ömür yaşayan beş BÜRC

Astroloqlar xəbərdarlıq edir: Bürc dairəsinin müəyyən nümayəndələri

arrow Ətraflı
Bazarlarda bu meyvələr fantastik qiymətə satılır like
  • 13 Fev 06:26  
Digərləri Bazarlarda bu meyvələr fantastik qiymətə satılır

Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ

arrow Ətraflı