Kamaləddin Qafarov: “Azərbaycan beynəlxalq arenada önəmli aktora çevrilir”


Digərləri 13 Fev 2025 13:35:00 64 0

Kamaləddin Qafarov: “Azərbaycan beynəlxalq arenada önəmli aktora çevrilir”

"Bu gün özünün beynəlxalq əlaqələrini sürətlə genişləndirən Azərbaycanla əməkdaşlıq dünyanın ən güclü iqtisadiyyata malik olan ölkələri üçün də böyük maraq və önəm kəsb edir. O cümlədən, hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq da kifayət qədər uğurla inkişaf edir." Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat  bildirib ki, ötən il Azərbaycan Prezidenti ilə Çinin Sədri arasında baş tutmuş görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır." Cənab Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində qeyd olunduğu kimi, strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Dövlət başçımızın müsahibəsinin gedişində aparıcı tərəfindən səsləndirilən suallar dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin də Azərbaycana, ölkəmizdə gedən proseslərə marağının kifayət qədər böyük olduğunu deməyə əsas verir. O cümlədən, Azərbaycanın BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə mövqeyi, ölkəmizin təhlükəsizlik, ticarət, iqtisadi inkişaf nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı aparılan müzakirələrə münasibəti ilə əlaqədar verilən sual ölkəmizin rəyinin beynəlxalq arenada getdikcə daha çox çəkiyə malik olduğunu göstərir.  Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi, bu suala verdiyi cavabında da prinsipial obyektiv yanaşma nümayiş etdirdi. Qeyd olundu ki, Azərbaycanın həm BRICS-in, həm də dialoq üzrə tərəfdaş statusuna malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri ilə çox yaxşı və dost münasibətləri var. Bundan başqa, ölkəmizin coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə verdiyi töhfələr nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Çin və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın üzərində fəal iş apardığı məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir və praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilər."     

K.Qafarov qeyd edib ki, cənab Prezident İlham Əliyevin müsahibəsində liderlik barədə yer almış ifadələr bir çox ölkə rəhbərləri üçün əsil örnək ola bilər: "Aparıcının liderlik keyfiyyətləri barədə sualı xüsusilə maraq doğuran məqamlardan biri oldu. Biz CGTN əməkdaşının dilindən belə bir etiraf eşitdik: "Cənab Prezident, hər dəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməl üzərində dayanıb." Əlbəttə ki, bu təməl özü də birlik olmayan yerdə qurula bilməz. Bu birlik isə məhz cəmiyyətin, xalqın Liderinin səyləri nəticəsində formalaşır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. Cənab Prezident həmişə xalqa ədaləti bərpa edəcəyini söyləyirdi və Azərbaycan xalqı da öz Liderinə inanırdı. Sonda bu qarşılıqlı inam və etibar öz nəticəsini göstərdi, Azərbaycan  suverenliyini və  ərazi bütövlüyünü  bərpa etdi" .

İbrahim Tatlısəsə qarşı cinayət işi açıldı  FOTO like
  • 13 Fev 13:29  
Şou-biznes İbrahim Tatlısəsə qarşı cinayət işi açıldı FOTO

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs barəsində cinayət işi ba

arrow Ətraflı
Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyulub like
  • 13 Fev 13:28  
Digərləri Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyulub

Ötən ay Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

arrow Ətraflı
Faytonçu Nazim evə buraxıldı like
  • 13 Fev 13:23  
Şou-biznes Faytonçu Nazim evə buraxıldı

Xəbər verdiyimiz kimi, müğənni Nazim Pişyari (Faytonçu) işemik insult k

arrow Ətraflı
Kolbasaya eşşək əti qarışdırıb satdılar  FOTO like
  • 13 Fev 13:22  
Digərləri Kolbasaya eşşək əti qarışdırıb satdılar FOTO

Türkiyədə Kənd Təsərrüfatı və Meşə Nazirliyi sağlığa təhlükə ya

arrow Ətraflı
Tramp bu qadına yüksək vəzifə verdi like
  • 13 Fev 13:00  
Dünya Tramp bu qadına yüksək vəzifə verdi

ABŞ Senatı Tulsi Qabbardı Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdi

arrow Ətraflı
Şimalqərb küləyi, yağış, qar   Sabahın HAVASI like
  • 13 Fev 12:53  
Digərləri Şimalqərb küləyi, yağış, qar Sabahın HAVASI

Azərbaycanda fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda HPV peyvəndi pulsuz olacaq like
  • 13 Fev 12:47  
Digərləri Azərbaycanda HPV peyvəndi pulsuz olacaq

Uşaqlıq boynu xərçənginə qarşı vurulan HPV peyvəndi yaxın gələcəkd�

arrow Ətraflı
2 dəfə boşandığı arvadı ilə indi də sevgilidir  FOTO like
  • 13 Fev 12:39  
Şou-biznes 2 dəfə boşandığı arvadı ilə indi də sevgilidir FOTO

Türkiyəli aktrisa Burcu Kıratlı ilə müğənni eks-həyat yoldaşı Sinan A

arrow Ətraflı
Ayaz Mütəllibov SSRİ nazirinə məktubunda bunları yazıbmış like
  • 13 Fev 12:25  
Digərləri Ayaz Mütəllibov SSRİ nazirinə məktubunda bunları yazıbmış

SSRİ-nin keçmiş daxili işlər naziri (1988-1990), DTK-nın sonuncu şefi (19

arrow Ətraflı
Trampa yeni vəzifə verildi like
  • 13 Fev 12:20  
Dünya Trampa yeni vəzifə verildi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun əsas teatr-konsert meydançasının -

arrow Ətraflı
İlyas Yalçıntaşın cəzası bəlli oldu like
  • 13 Fev 12:05  
Şou-biznes İlyas Yalçıntaşın cəzası bəlli oldu

Müğənni İlyas Yalçıntaş əcnəbi qadını mesajlaşma tətbiqi ilə təhq

arrow Ətraflı
Belarusa hücum oldu  VİDEO like
  • 13 Fev 12:04  
Dünya Belarusa hücum oldu VİDEO

Belarusun cənub-şərqində yerləşən Qomel şəhərinə dron hücumu olub.

arrow Ətraflı
"TikTok"da ərinin xəyanət etdiyini görən qadın DƏHŞƏT SAÇDI like
  • 13 Fev 11:56  
Kriminal "TikTok"da ərinin xəyanət etdiyini görən qadın DƏHŞƏT SAÇDI

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zər�

arrow Ətraflı
Əsgərlikdən yeni gələn gənc faicəvi şəkildə öldü  FOTO like
  • 13 Fev 11:49  
Digərləri Əsgərlikdən yeni gələn gənc faicəvi şəkildə öldü FOTO

Yevlaxda avtomobilin vuraraq komaya saldığı gənc dünyasını dəyişib.

arrow Ətraflı
Qaşınmanın səbəbi bu imiş  Alimlər araşdırıb tapdı like
  • 13 Fev 11:44  
Digərləri Qaşınmanın səbəbi bu imiş Alimlər araşdırıb tapdı

Qaşıntı insanı anidən narahat edən və refleks şəkilində reaksiya verm�

arrow Ətraflı