Unudulmaz ustad xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək
Kriminal 12 Fev 2025 16:50:00 56 0
Fevralın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, unudulmaz ustad xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Gecədə sənətkarın zəngin musiqi irsinə müraciət olunacaq. Ölməz mahnıları ustad sənətkarlar və gənc ifaçılar tərəfindən səsləndiriləcək.
Bu xəbəri də oxu: “Ona necə inanmağıma özüm də mat qalmışam” FOTO
Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşmış, geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırmışdı. Ustad muğam ifaçısı xanəndəlik fəaliyyəti ilə yanaşı, pedaqoq kimi Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə "Şöhrət", 2010-cu ildə "İstiqlal" və 2020-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib. Görkəmli xanəndə 2022-ci il fevralın 25-də 92 yaşında vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.
Biletlər https://iticket.az/events/concerts/alibaba-mammadov/141741
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müşavir təy
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Aparıcı Xoşqədəm Hidayətqızı boşanmaların sayının artmasından danı
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi ü
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə Hökumətin Səmərəliliyi Departamen
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunun sayını 150 min əsgər artı
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Argentinada yeni həbsxana qaydaları tətbiq olunacaq.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmənin növbəti
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Dövlət İmtahan Mərkəzi 16 fevral 2025-ci il tarixində ali təhsil müəssi
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək m
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həy
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezident
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Avtomobil istehsalçıları öz model sıralarını yenidən nəzərdən keçirm
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)