Onlayn qumarla 10 milyondan çox pul yığan dəstə tutuldu FOTO


Kriminal 11 Fev 2025 18:16:00 53 0

Onlayn qumarla 10 milyondan çox pul yığan dəstə tutuldu  FOTO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib.

Son.az xəbər verir ki, müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə dəstəyə başçılıq edən 1980-ci il təvəllüdlü Elçin Quliyev, 1986-cı il təvəllüdlü Orxan Məmmədov və daha 4 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır. Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar. Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. "Fast Loto", "CHCPlay", "MostBet" kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər. Əməliyyat zamanı aşkar edilən 1000-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayətkar fəaliyyətdə istifadə olunub. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 30-dan artıq mobil telefon nömrəsi, 2 milyon manat nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu aşkarlanıb.

E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb. O, iş adamı görüntüsü yaratmaq məqsədi ilə mütəmadi olaraq xarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edib. E.Quliyevin həmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmilli cinayətkar dəstənin başçıları ilə dəfələrlə xarici ölkələrdə görüşərək yeni kiber sistemləri Azərbaycana gətirmək üçün gizli sövdələşmələr həyata keçirdiyi də məlum olub. Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

"Vaşinqtonun bu addımları Gürcüstanın haqlı olmasının etirafıdır" like
  • 11 Fev 17:59  
Digərləri "Vaşinqtonun bu addımları Gürcüstanın haqlı olmasının etirafıdır"

Vaşinqtonun hazırkı addımları və bəyanatları uzun müddətdir səsləndi

arrow Ətraflı
Özündən yaşca  kiçik sevgilisi olan Əməkdar artist: "Qoy qınasınlar"  VİDEO like
  • 11 Fev 17:48  
Şou-biznes Özündən yaşca kiçik sevgilisi olan Əməkdar artist: "Qoy qınasınlar" VİDEO

Əməkdar artist Nahidə Orucova şəxsi həyatı barədə maarqlı açıqlamala

arrow Ətraflı
Onlar Şahnaz Bəylərqızı ilə bağlı DİNdə qəbul edildilər like
  • 11 Fev 17:40  
Kriminal Onlar Şahnaz Bəylərqızı ilə bağlı DİNdə qəbul edildilər

Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvlər

arrow Ətraflı
İran Trampı təhqir etdi like
  • 11 Fev 17:33  
Dünya İran Trampı təhqir etdi

ABŞ-la danışıqlar aparmaq və güzəştə getmək istəyənlər Amerika ilə

arrow Ətraflı
İcra hakimiyyətinin başçısı onu öldürmək istəyəni BAĞIŞLADI like
  • 11 Fev 17:26  
Kriminal İcra hakimiyyətinin başçısı onu öldürmək istəyəni BAĞIŞLADI

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda

arrow Ətraflı
Manana anasını itirəndən sonra ilk dəfə  FOTOlar like
  • 11 Fev 17:07  
Şou-biznes Manana anasını itirəndən sonra ilk dəfə FOTOlar

Əməkdar artist Manana Çaparidze yeni fotolarını izləyiciləri ilə bölü�

arrow Ətraflı
Somali Prezidenti Azərbaycana səfərə yola düşüb like
  • 11 Fev 17:06  
Siyasət Somali Prezidenti Azərbaycana səfərə yola düşüb

Somali Prezidenti Həsən Şeyx Mahmud Azərbaycana səfərə yola düşüb.

arrow Ətraflı
Bu şirkətlərə cinayət işi açıldı like
  • 11 Fev 16:58  
Kriminal Bu şirkətlərə cinayət işi açıldı

Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparı

arrow Ətraflı
İnsan İnkişafı Forumu keçirilib  FOTO like
  • 11 Fev 16:53  
Digərləri İnsan İnkişafı Forumu keçirilib FOTO

İnsan inkişafı sahəsində maraqlı tərəflərin iştirakı ilə İnsan İnk

arrow Ətraflı
Bu sosisləri ALMAYIN  tərkibində donuz əti DNTsi aşkarlandı  FOTO like
  • 11 Fev 16:36  
Digərləri Bu sosisləri ALMAYIN tərkibində donuz əti DNTsi aşkarlandı FOTO

İstehlak bazarına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tər

arrow Ətraflı
İllərdir danışmadığı Qorxmaz Əlilicanzadədən danışdı like
  • 11 Fev 16:28  
Şou-biznes İllərdir danışmadığı Qorxmaz Əlilicanzadədən danışdı

"Qorxmaz Əlilicanzadə ilə aramızda yaşanan hadisə 30 ilə söykənir.

arrow Ətraflı
Bakıda metro stansiyalarına yeni adlar veriləcək like
  • 11 Fev 16:24  
Digərləri Bakıda metro stansiyalarına yeni adlar veriləcək

Bu il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar

arrow Ətraflı
Kosmosda anomal partlayış oldu like
  • 11 Fev 16:22  
Dünya Kosmosda anomal partlayış oldu

Beynəlxalq astronomlar qrupu kainatın uzaq fəzalarında qeyri-adi kosmik hadi

arrow Ətraflı
Rok ulduzunun şəxsi təyyarəsi qəza törətdi  ölən var  FOTO like
  • 11 Fev 16:20  
Dünya Rok ulduzunun şəxsi təyyarəsi qəza törətdi ölən var FOTO

ABŞ-ın Arizona ştatında hava limanının uçuş-enmə zolağında iki təyya

arrow Ətraflı
Peskovdan Trampa cavab like
  • 11 Fev 15:23  
Digərləri Peskovdan Trampa cavab

ABŞ prezidenti Donald Trampın ştatdankənar müşaviri adlandırılan Stiv Ui

arrow Ətraflı