Röyanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdülər
Kriminal 10 Fev 2025 22:47:00 89 0
2022-ci il martın 13-də Bakının Xətai rayonunda qətl hadisəsi olur. Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Məlum olur ki, hadisə M.Əmirxanov küçəsi, 15 ünvanında baş verib. Döşəmədə üzərində çoxsaylı bıçaq zərbələri ilə 1988-ci il təvəllüdlü Orxan Seyidovun meyiti aşkar edilib.
Bu xəbəri də oxu: Bakıda namaz qılan qadını öldürüb, Gürcüstana qaçdı
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həmin gün Füzuli rayon sakini 1999-cu il təvəllüdlü Pərviz Həsənov Xətai rayon Polis İdarəsinə gələrək, könüllü təslim olub. Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. Bəzi xəbər portallarında bir zaman onun tanınmış müğənni Röya Ayxanın stilisti olması haqda xəbərlər yayılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, martın 10-da Pərviz Həsənov "İnstagram" sosial şəbəkəsində, profilində qadın bədəninin şəkili olan və özünü "Mila" kimi təqdim edən cinsi azlıq nümayəndəsi Orxan Seyidovla tanış olub. Seyidov ona NZS qəsəbəsində yerləşən evində görüşməyi təklif edib. Ayın 12-i saat 22 radələrində Əmirxanov küçəsi, 15 ünvanına gəldikdə, Seyidov tərəfindən aldadıldığını başa düşüb. Üstünə gəlib, qucaqlamaq istəyən Orxanın israrla pul müqabilində, qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini şəxsiyyətinə təhqir kimi qəbul edib. Buna görə, üzərindəki məişət təyinatlı açılıb-qatlanan bıçaqla Seyidova ilk zərbəni vurub. Zərərçəkən özünü müdafiə etmək məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla onun sol qoluna xəsarətlər yetirdikdə, o müstəsna dərəcədə rəhimsizliklə üzünə, boyununa və bədənin digər nahiyyələrinə ümumilikdə 57 dəfə zərbə endirib. Bu hərəkəti ilə, Pərviz Həsənov zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.
İş üzrə dindirilmiş Pərviz Həsənov bildirib ki, hərbi xidmətdən qayıdandan sonra sərbəst güləşlə məşğul olub. Axırıncı dəfə Azadlıq prospektində yerləşən gül dükanında gecə növbəsində mühafizəçi işləyib:
"2022-ci il martın 10-da "İnstagram" şəbəkəsində mənə qız adı və şəkli olan profildən tanışlıq mesajı gəldi. Qız adının "Mila" olduğunu yazmışdı. 2 gündən sonra Mila NZS qəsəbəsində evi olmasını və mənimlə görüşmək istədiyini bildirdi. Profildə olan şəkli xoşuma gəldiyindən yanına getmək istədim. Saat 22 radələrində "İnstagram"da yazışa-yazışa onun dediyi ünvanı tapdım. Həyətə daxil olanda qız məni qarşılayıb darvazanı arxadan bağladı. Onun saçı uzun idi, həmin şəxsin kişi ola biləcəyini zənn etmirdim. Əynində qara rəngdə gödəkçə olduğundan sinəsinin olub-olmamasım ayırd edə bilmədim. Mətbəxdən dəhlizə, ordan isə qonaq otağına keçdik. Söhbət edən zaman həmin şəxs "Marlboro" siqareti çəkirdi. Ondan "sən kişisən ya qadın?" soruşdum. Cavab olaraq o, "narahat olma, sənə pul da verəcəyəm, mənimlə cinsi əlaqədə olarsan" dedi. Onun kişi olduğunu və aldadıldığımı başa düşərək əsəbiləşdim. Yaxınlaşıb qucaqlamaq istəyəndə, ondan kənarlaşıb dəhlizə çıxdım. Amma həmin şəxs arxamca gələrək məni özünə tərəf dartdı. İsrarla onunla cinsi əlaqədə olmağımı, buna ehtiyacı olduğunu və müqabilində mənə pul verəcəyini deyirdi. Əlbəyaxa olduq".
Pərviz Həsənov Orxan Seyidovun dediyi sözləri, onu qucaqlamaq istəməsini qeyrətinə sıxışdıra bilmədiyindən, şalvarının arxa cibindən daim üzərində olan "kəpənək" formalı bıçağı çıxarıb boyun nahiyəsinə birinci zərbəni vurub:
"Həmin şəxs qaçıb mətbəxdən dəstəyi mavi rəngli bıçağı götürüb, mənə zərbə endirəndə sol əlimi qabağa verdim. Məni bıçaqla vurmasından qəzəblənərək, ardıcıl üzünə, boğazına, sinəsinə və qarınına çoxsaylı zərbələr vurdum. Bıçaq sınaraq, əlimdən yerə düşdü. Orxan mətbəxin girişində, üzü üstə yıxıldı, döşəmədə hərəkətsiz vəziyyətdə qaldı. Evin giriş qapısını açıb çölə çıxa bilmədiyimdən, mərhumun əlindəki bıçaqla qapını açmağa çalışdım. Amma aça bilmədim. Pilləkənlərin yanındakı dar keçiddən hasara çıxıb qaz borusunun üstünə tullandım. Həmin vaxt qarşıma çıxan saqqalı bir oğlan orda "neynədiyimi?" soruşdu. Cavab verməyərək, pivə zavodunun yanına qədər qaçdım.
Son günlərdə Turan İnformasiya Agentliyinin yaydığı bir xəbər yenidən
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel M
Müğənni Manaf Ağayev Əməkdar artist Teymur Əmrahın onunla bağlı dediyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Hum
Ayrılıq xəbərləri ilə gündəmdən düşməyən Aysun İsmayılovanın dah
Sosial şəbəkələrdə yayılan yeni video müzakirələrə səbəb olub.
Hər bir bürcün sevdikləri ilə münasibətlərinə təsir edə biləcək öz
Bu gün Tehranda İran inqilabının ildönümü ilə bağlı keçirilən tədbi
Son illərdə yuxu dərmanlarının istifadəsi artıb, amma bu dərmanların sa
Müğənni Sevda Sanaliyeva son halı ilə görənləri təəccübləndirib.
ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsi (DOGE) yox
Məşhur bolqar görücü Vanqa təkcə gələcəyi proqnozlaşdırmaqla kifayə
Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib