7 körpənin ölümünə səbəb olan həmin yanğınla bağlı keçmiş direktor DANIŞDI


Kriminal 10 Fev 2025 17:51:00 89 0

7 körpənin ölümünə səbəb olan həmin yanğınla bağlı keçmiş direktor DANIŞDI

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Son.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O, ibtidai istintaqa verdiyi ifadəsində mərkəzdə baş verən hadisə ilə bağlı bəzi məsələlərə toxunub. Mehriban Abasquliyeva deyib ki, onu mərkəzdə çarpayı sayının xəstə sayından az olmasında günahlandırırlar. Onun sözlərinə görə, bəzi bölgələrdəki perinatal mərkəzlərdə də çarpayı sayı xəstə sayından az olub.

"Mərkəzdə küvəzlərin təhlükəsizliyinə Təbriz Nəzirli cavabdehlik daşıyıb. O, baş verən qısaqapanma barədə mənə hər hansı bir məlumat verməyib. Ümumilikdə, altı nəfər öz vəzifə borcunu lazımınca yerinə yetirmədiyi üçün belə bir hadisə baş verib. Həmçinin məndən əvvəl direktor vəzifəsini icra edən şəxs yanğın təhlükəsizliyi ilə bağlı qaydalara əməl etməyib. Onun vəzifədə olduğu 11 ay ərzində avadanlıqlar yanğınla bağlı önləyici tədbirlərin görülməsi üçün yoxlanılmayıb".

Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzin binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yeni doğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Gülü Rəmişdən qalan evi SATDI like
  • 10 Fev 17:42  
Şou-biznes Gülü Rəmişdən qalan evi SATDI

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat Gülü ondan qalan evi s

arrow Ətraflı
Qırıcılarımız səmaya qalxdı  VİDEO  FOTO like
  • 10 Fev 17:41  
Digərləri Qırıcılarımız səmaya qalxdı VİDEO FOTO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin

arrow Ətraflı
"Usta tanımayan" 5 model  Rahatlıqla like
  • 10 Fev 17:00  
Digərləri "Usta tanımayan" 5 model Rahatlıqla

Mərkəzi ABŞ-də olan "iSeeCars" şirkətinin apardığı araşdır

arrow Ətraflı
BÜRCLƏR elə xəbər alacaq ki...  3 gün davam edəcək like
  • 10 Fev 16:52  
Digərləri BÜRCLƏR elə xəbər alacaq ki... 3 gün davam edəcək

Astroloq Dinçer Güner qarşıdakı 3 gün üçün bürclərə xəbərdarlıq e

arrow Ətraflı
Bu Avropa ölkəsinin prezidenti istefa verir like
  • 10 Fev 16:50  
Dünya Bu Avropa ölkəsinin prezidenti istefa verir

Rumıniya Prezidenti Klaus Yohannis istefa verməyə hazırlaşır.

arrow Ətraflı
BakıŞamaxı yolunda "Hyunday" AŞDI  ölən və yaralananlar var like
  • 10 Fev 16:46  
Digərləri BakıŞamaxı yolunda "Hyunday" AŞDI ölən və yaralananlar var

Bugün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunu

arrow Ətraflı
“İlhamə Quliyeva gel vurdurduğu üçün ayağı çürüyüb” like
  • 10 Fev 16:40  
Şou-biznes “İlhamə Quliyeva gel vurdurduğu üçün ayağı çürüyüb”

"İlhamə Quliyeva o qədər məsum qadın idi ki... O özünü xoşbəxt s

arrow Ətraflı
“Küçə Hekayələri” Vorkşopu: Sənət vasitəsilə sahibsiz heyvanların müdafiəsi  FOTO like
  • 10 Fev 16:39  
Kriminal “Küçə Hekayələri” Vorkşopu: Sənət vasitəsilə sahibsiz heyvanların müdafiəsi FOTO

Ambassadors Cultural Club-da, Arts Council Azerbaijan-ın təşkilatçılığı

arrow Ətraflı
"Xamenei terror qurbanıdır" like
  • 10 Fev 16:24  
Digərləri "Xamenei terror qurbanıdır"

ABŞ bizə qarşı bütün mümkün planları imzalayır və sonra deyir ki, biz

arrow Ətraflı
ASUS Zenbook A14: yüngül, güclü,  səyyar və süni intellekt  FOTO like
  • 10 Fev 16:21  
Digərləri ASUS Zenbook A14: yüngül, güclü, səyyar və süni intellekt FOTO

Bir çox müasir texnologiyalar gündəlik həyatın asanlaşdırılmasına xidm

arrow Ətraflı
Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib  FOTO like
  • 10 Fev 16:12  
Kriminal Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
"Qəzzalıları vətənlərindən qovmağa heç kimin gücü çatmaz" like
  • 10 Fev 15:58  
Dünya "Qəzzalıları vətənlərindən qovmağa heç kimin gücü çatmaz"

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qəzza ilə b

arrow Ətraflı
Prezident İcbari tibbi sığorta fondunun 2025ci il büdcəsini təsdiqlədi like
  • 10 Fev 15:54  
Siyasət Prezident İcbari tibbi sığorta fondunun 2025ci il büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini

arrow Ətraflı
Burkina Fasonun Prezidenti İlham Əliyevə başsağlığı verib like
  • 10 Fev 15:52  
Siyasət Burkina Fasonun Prezidenti İlham Əliyevə başsağlığı verib

Burkina Fasonun Prezidenti İbrahim Traore Azərbaycan Prezidenti İlham Əliyev

arrow Ətraflı