Magistraturaya qəbul imtahanı keçiriləcək


Digərləri 12 Fev 2025 15:52:00 78 0

Magistraturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 16 fevral 2025-ci il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.

Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onun "Şəxsi kabinet"ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. Cavab kartını zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.

İmtahan iştirakçıları "Yaddaş kitabçası" ilə buradan tanış ola bilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Bakıda bu rayona qatarla gedənlərə MÜHÜM XƏBƏR like
  • 12 Fev 15:45  
Digərləri Bakıda bu rayona qatarla gedənlərə MÜHÜM XƏBƏR

Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək m

arrow Ətraflı
Nazirlik əhaliyə müraciət etdi  "...ağırlaşmaları çox görürük" like
  • 12 Fev 15:39  
Digərləri Nazirlik əhaliyə müraciət etdi "...ağırlaşmaları çox görürük"

Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həy

arrow Ətraflı
Somali Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb like
  • 12 Fev 15:36  
Siyasət Somali Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

Ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezident

arrow Ətraflı
2026cı ilə qədər istehsalı dayandırılacaq məşhur avtomobillər  SİYAHI like
  • 12 Fev 15:30  
Digərləri 2026cı ilə qədər istehsalı dayandırılacaq məşhur avtomobillər SİYAHI

Avtomobil istehsalçıları öz model sıralarını yenidən nəzərdən keçirm

arrow Ətraflı
Hər şeyini satıb Türkiyəni tərk edir  FOTO like
  • 12 Fev 15:20  
Şou-biznes Hər şeyini satıb Türkiyəni tərk edir FOTO

Aktrisa Serenay Sarıkaya Türkiyədən gedir.

arrow Ətraflı
Aysun əməliyyat olunacaq like
  • 12 Fev 14:56  
Şou-biznes Aysun əməliyyat olunacaq

Müğənni Aysun İsmayılova əməliyyat olunacaq.

arrow Ətraflı
Xudayar Yusifzadənin anasını təhqir edən bloger TUTULDU  FOTO like
  • 12 Fev 14:50  
Kriminal Xudayar Yusifzadənin anasını təhqir edən bloger TUTULDU FOTO

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanı so

arrow Ətraflı
Əsədin oğlu atasının rejiminin süqutunun səbəblərini AÇIQLADI like
  • 12 Fev 14:21  
Dünya Əsədin oğlu atasının rejiminin süqutunun səbəblərini AÇIQLADI

Hafiz Əsəd deyib ki, atasının Suriyadan qaçmaq üçün əvvəlcədən razı

arrow Ətraflı
Bu şəxslərin də təhsil haqqını dövlət ödəyəcək like
  • 12 Fev 14:13  
Digərləri Bu şəxslərin də təhsil haqqını dövlət ödəyəcək

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/202

arrow Ətraflı
Salman Məmmədliyə yüksək vəzifə verildi like
  • 12 Fev 14:12  
Digərləri Salman Məmmədliyə yüksək vəzifə verildi

Naxçıvan Beynəlxalq Hava Limanında direktor müavini vəzifəsinə təyinat

arrow Ətraflı
Misir və İordaniyanı hədələdi like
  • 12 Fev 14:08  
Dünya Misir və İordaniyanı hədələdi

İordaniya və Misir Qəzza zolağındakı fələstinliləri qəbul etməyə raz

arrow Ətraflı
Hindistanda baş nazirin təyyarəsinə hücum TƏHDİDİ like
  • 12 Fev 14:06  
Dünya Hindistanda baş nazirin təyyarəsinə hücum TƏHDİDİ

Mumbay polisi fevralın 11-də aldığı xəbərdarlıq zənginə əsasən, Baş

arrow Ətraflı
Müğənni Müslüm Maqomayevi TANIMADI   FOTO like
  • 12 Fev 14:00  
Şou-biznes Müğənni Müslüm Maqomayevi TANIMADI FOTO

"Həmin Zaur"un ötən gün yayımlanan buraxılışında bəzi anlar

arrow Ətraflı
Bakıda Narkoloji Dispanserdə FACİƏ: Ölən var like
  • 12 Fev 13:57  
Digərləri Bakıda Narkoloji Dispanserdə FACİƏ: Ölən var

Bakıda narkoloji dispanserdə müalicə alan xəstə ölüb.

arrow Ətraflı
Onu ABŞnin yaşayan ən pis prezidenti hesab edirlər  FOTO like
  • 12 Fev 13:53  
Dünya Onu ABŞnin yaşayan ən pis prezidenti hesab edirlər FOTO

ABŞ-nin keçmiş prezidenti Co Bayden müxtəlif vaxtlarda Ağ Evin rəhbəri v

arrow Ətraflı