Müəllimlərin maaşına əlavələr pensiyasına təsir etməyəcək? RƏSMİ CAVAB
Digərləri 06 Fev 2025 08:00:00 75 0
Sertifikasiya imtahanlarından uğurla keçmiş müəllimlərin maaşlarına xüsusi əlavələr olunur. Göstərdiyi nəticəyə görə, həmin müəllimlərin əməkhaqlarına müvafiq bonuslar əlavə edilir. İddialara görə, bonuslar maaş verildikdən sonra hesablara köçürülür və həmin məbləğlər işçinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınmayacaq.
Bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, təhsilverənlərə sertifikatlaşdırmanın nəticəsinə görə vəzifə maaşlarına aylıq əlavələrin verilməsi onların aylıq tarif (vəzifə) maaşı ödənildikdən sonra müvafiq qaydada (keçid balına əsasən, 10 və ya 35% olmaqla) hesablanaraq ödənilir.
Eyni zamanda, Nazirlikdən qeyd edilib ki, mövcud qanunvericiliyə - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasın Qanununa əsasən, əmək pensiyası vətəndaşlara əvvəllər aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pul ödənişidir.
"Əmək Məcəlləsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Qeyd edilənlər nəzərə alınaraq bildirilir ki, təhsilverənlərə sertifikatlaşdırmanın nəticəsinə görə ödənilən pul vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarına əsasən əlavə ödənc hesab olunduğundan, əməkhaqlarına ödənilən əlavələrin gələcəkdə əmək pensiyasına təsir etməyəcəyi barədə fikirlər əsassızdır", - deyə məlumatda vurğulanıb.
Mövzu ilə bağlı deputat Vüqar Bayramov da Trend-ə bildirib ki, sosial sığorta haqqında Qanunun 15-ci maddəsində müəllimlərin əməkhaqlarına əlavə edilən mükafatların məcburi dövlət sosial sığorta ayırmalarına cəlb edilməməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmayıb.
"Həmin mükafatlar əmək haqqının tərkibi hesab edildiyi üçün ümumi qaydada məcburi dövlət sosial sığorta ayırmalarına cəlb edilir. Məcburi dövlət sosial sığorta haqqı hesablandığı üçün ümumi qaydada fərdi uçotun formalaşdırılmasında iştirak edir. İşçinin əmək pensiyasının hesablanmasında da nəzərə alınmalıdır", - deyə millət vəkili əlavə edib. Son.az
Bahar həmişə yenilənmə, inkişaf və yeni başlanğıcları simvollaşdır�
Kəlbəcər rayonu ərazisində yerləşən iki kəndin layihələndirilməsinə
ABŞ-nin Sietl şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi reallaşıb.
Bakıda minik avtomobili yük avtomobilinə çırpılıb.
Dünyada ağciyər xərçəngi diaqnozu qoyulan siqaret çəkməyənlərin payı
Bu gün sülh və insanlıq əleyhinə, həmçinin terrorçuluq, terroru maliyy�
Müğənni Xatirə İslam həmkarı Nadir Qafarzadənin fikirlərinə dəstək o
Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda A
Ezoterik ekspertlər təkid edirlər ki, insanın qocalma sürətinə təkcə ge
Müğənni Lətifə Soyuöz paylaşdığı fotolar maraq yaradıb.
Amerikalı iş qadını və model, ABŞ prezidenti Trampın qızı İvanka Tramp
Müasir valideynlər kiçik uşaqlarını qayğı ilə əhatə edir və bəzən
Gənc müğənni Əlican Həmid sənətdən soyuduğunu açıqlayıb.
Son illərdə sağlam həyat vərdişləri çərçivəsində populyarlaşan qida