Bu gün məhkəmə istintaqı başlayır İttihamlar elan ediləcək
Digərləri 06 Fev 2025 07:06:00 63 0
Bu gün sülh və insanlıq əleyhinə, həmçinin terrorçuluq, terroru maliyyələşdirmə və başqa ağır cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başlayır.
Bu xəbəri də oxu: Sabah hava necə olacaq?
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində keçiriləcək ilk baxış iclasında prokurorlar ittiham aktını elan edəcəklər.
Saat 11:00 da başlayacaq açıq məhkəmə iclasında Ruben Vardanyana verilmiş ittihamlar tək-tək oxunacaq. Bu iş də kifayət qədər iri həcmlidir. Müddət yetərsə, prosesin davamında Vardanyanın təqsirləndirildiyi cinayətlərə münasibəti də bilinəcək.
Günün ikinci yarısında isə içlərində Arayik Harutyunyanın da olduğu dəstənin baxış iclası keçiriləcək. Bu prosesdə onların da hansı cinayətlərin törədilməsində iştirak etdikləri epizod-epizod elan ediləcək.
Həmin işdə Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə birlikdə Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiy də mühakimə edilir.
Hər iki prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev sədrlik edir.
Təqsirləndirilən şəxlərin bütün hüquqlarını qanunun tələblərinə uyğun təmin edib. Onlar hər biri vəkil və tərcüməçi ilə təmin ediliblər. Bundan əvvəlki hazırlıq iclaslarında təqsirləndirilən şəxslərin bütün vəsatətləri araşdırılıb, Ruben Vardanyana istintaq materialları ilə daha yaxşı tanış olması üçün vaxt verilib. Son.az
Müğənni Xatirə İslam həmkarı Nadir Qafarzadənin fikirlərinə dəstək o
Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda A
Ezoterik ekspertlər təkid edirlər ki, insanın qocalma sürətinə təkcə ge
Müğənni Lətifə Soyuöz paylaşdığı fotolar maraq yaradıb.
Amerikalı iş qadını və model, ABŞ prezidenti Trampın qızı İvanka Tramp
Müasir valideynlər kiçik uşaqlarını qayğı ilə əhatə edir və bəzən
Gənc müğənni Əlican Həmid sənətdən soyuduğunu açıqlayıb.
Son illərdə sağlam həyat vərdişləri çərçivəsində populyarlaşan qida
Əksər tibb müəssisələrində həkimlər hələ də kağıza resept yazırla
Türkiyənin Egey dənizi sahillərində 5 bal gücündə zəlzələ baş verib
Tez-tez şahidi oluruq ki, kənarda yaşayan valideyinlər hər gün uşaqların
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Fevralın 5-i gündüz saatlarında Naxçıvan Muxtar Respublikasının Sədər�