Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi qəbul olundu
Digərləri 29 Yan 2025 09:04:00 97 0
Dünya Bankı Qrupunun (DBQ) Direktorlar Şurası bu gün Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) müzakirə edib.
Bu xəbəri də oxu: Türkiyədə yanğın: Ölən və yaralananlar var
Son.az xəbər verir ki, ÖTÇ növbəti beş ildə ölkə ilə strateji münasibətlərin istiqamətlərini müəyyənləşdirir və Azərbaycanın daha rəqabət qabiliyyətli, daha yaşıl və inklüziv iqtisadiyyata keçidini və ölkənin qarşısında duran əsas inkişaf çağırışlarının öhdəsindən gəlməyi dəstəkləyəcək.
Bu strategiya iki yüksək səviyyəli nəticəyə fokuslanıb: məhsuldarlığın artırılması və daha yaxşı məşğulluq, iqtisadiyyatın dayanıqlığı, dözümlülüyünün artırılması. ÖTÇ Azərbaycanda xüsusən aşağıdakıları dəstəkləyəcək:
Biznes mühitinin təkmilləşdirilməsi və daha çox, daha yaxşı məşğulluq imkanları, o cümlədən, iş yerlərinin yaradılmasına, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, davamlı, yaşıl maliyyəyə diqqət yetirməklə maliyyə resurslarına çıxışın genişləndirilməsi, qadın sahibkarlara və həssas qruplara dəstək vasitəsilə inklüzivliyin təşviq olunması.
Nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi, o cümlədən, ticarət və tranzit üçün Orta Dəhlizin inkişaf etdirilməsi, rəqəmsallaşdırma və rəqəmsal bağlantıların təkmilləşdirilməsi, süni zəka kimi yeni texnologiyaların tətbiqinin təşviq olunması.
Bərpaolunan energetikaya keçidin sürətləndirilməsi, o cümlədən, enerjinin ötürülməsi infrastrukturunun gücləndirilməsi, bərpaolunan energetika layihələrinə, batareya saxlanclarına özəl investisiyaların cəlb olunması və yaşıl energetika dəhlizlərinin təşviq olunması.
İqlim dəyişmələrinə uyğunlaşmanın genişləndirilməsi, o cümlədən, yaşıl binalar da daxil olmaqla iqlim dəyişimlərinin təsirinə dözümlü şəhər ekosistemləri, iqlim baxımdan ağıllı kənd təsərrüfatı praktikaları, habelə özəl sektorun iştirakı da daxil olmaqla su təhlükəsizliyi və səmərəliliyi.
"Bu ÖTÇ Azərbaycanın daha dayanıqlı və firavan gələcəyə doğru transformasiyasını dəstəkləmək öhdəliyimizi əks etdirir", - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister deyib. "Əminik ki, tərəfdaşlığımız Azərbaycana iqtisadi potensialını tam şəkildə reallaşdırmağa kömək edəcək", - o əlavə edib.
ABŞ prezidenti Donald Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməl
Ağ Evin yeni sözçüsü Kerolayn Livitt yeni vəzifəsində ilk brifinqini ke�
"WhatsApp" süni intellekt dünyasına qapı açacaq böyük yenilənm
29 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz
Məntəqələr bağlandıqdan sonra günun sonunadək ilkin məlumatları açıq
Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. Episentrdə yeraltı təkanla
Azərbaycanın mərhum aktyoru, Xalq artisti Həsənağa Turabovun həyat yolda�
Son zamanlar bir çox sahədə istifadə olunan süni intellekt.. Demək olar ki
Kart vasitəsi ilə ödənişlərin geniş yayılması fırıldaqçıların artm
Xalq artisti Mələkxanım Eyubovanın həyat yoldaşı Xosrov Nəcəfovun ad g�
Gözəllik salonlarında botoks, dodaq dolğusu, tatu, lazer və digər xidmətl
Kanal D-nin yeni mövsümə sürətli bir başlanğıc edən "Uzaq Şəhər
30-35 yaş arası, həm şəxsi, həm də peşəkar həyat baxımından önəmli